“Sərt karantin rejimi uzadılmayacaq” – Axırki, açıqlama gəldi"Koronavirus ən yaxşı halda ilin sonuna qədər bizimlə olacaq”.

"Turaztv.az "Sfera.az-a istinadən xəbər verir ki, bunu infeksionist-hepatoloq Mərdan Əliyev deyib.


İnfeksionist virusa yoluxan insanların sayındakı azalmanı əsas gətirərək, sərt karantin rejiminin uzadılmayacağını bildirib: "Yoluxan insanların sayı azalır, sağalanların sayı isə artmaqdadır. Yəni sağalan xəstələrin sayı yoluxanları dəfələrlə üstələyir. Ona görə bu infeksiya idarəolunan prosesə keçir. Bu baxımdan da yumşalmaya rahatlıqla getmək olar. Çünki bizim səhiyyə sistemimizin buna tam potensialı var. Həmçinin insanların təmiz hava qəbul etməsi, çölə çıxması labüd haldır. Günəş şüalarının yüksək olduğu vaxtın bitməsinə 1 ay qalır. Sentyabrdan etibarən günəş şüalarının intensivliyi azalır. Avqust ayından etibarən isə yaxşı olar ki, insanlar evdə oturmasınlar”.

M.Əliyev yumşalma baş verəcəyi təqdirdə izolyasiya tədbirlərini icra etməyin əhəmiyyətini belə izah edib: "Bu xəstəlik ilk növbədə hava-damcı infeksiyasıdır və tənəffüs sistemi vasitəsilə insanı yoluxdurur. Bu baxımdan qoruyucu maska istifadəsi zəruri olmalıdır. Bundan əlavə, sosial məsafə və əllərin dezinfeksiyası da mütləqdir”.

O, immunitetin yüksəlməsi üçün vətəndaşlara bəzi tövsiyələr verib: "İmmunitetin yülksəlməsi üçün təbii qidalanma mühüm rol oynayır. Evlərə günəş şüalarının düşməsini təmin etmək lazımdır. Otaqları müəyyən fasilələrlə havalandırmaq faydalıdır. Əlavə olaraq bol maye qəbul etməyi səngitməməliyik. Ancaq bunu da qeyd edim ki, immuniteti yüksəldən dərman preparatlarına risk olmadığı müddətcə ehtiyac yoxdur”.

Son olaraq infeksionist koronavirus vaksininin ilin sonuna qədər hazır ola biləcəyini deyib: "Dünya üzrə nəzər yetirdikdə koronavirusa qarşı vaksin üzərində 200-dən çox ölkə çalışır. Amma 3 şirkət var ki, onlar artıq üçüncü mərhələdədir. Bunlar Amerika, İngiltərə və Çindir. Üçüncü mərhələnin mahiyyəti bundan ibarətdir ki, könüllü insanlar üzərində sınaqlar keçirilir. Təxminən bu təcrübələr də 5-6 ay çəkə bilər. Zənnimcə, vaksin ən yaxşı halda ilin sonu, ən gec isə gələn ilə qədər hazırlana bilər”. (news24.az)

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930