Prezident susuzluqdan danışdı: “Su balansı tutulmayıb, bu da dözülməz haldır”Prezident susuzluqdan danışdı: "Su balansı tutulmayıb, bu da dözülməz haldır”



"Bu ilin 6 ayında Azərbaycanda kənd təsərrüfatı sektoru 2,2% artıb, amma bu artım daha çox ola bilərdi. Həm keçən il, həm də bu il quraqlıq bizə böyük problem yaradıb, biz torpaqlardan istədiyimiz qədər istifadə edə bilməmişik”.

"Turaztv.az" "carciTV” az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Mən bir qədər əvvəl bu sahədə vahid idarəetmə mexanizminin olması üçün xüsusi komissiya yaratdım. Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Burada aidiyyəti qurumların rəhbərləri təmsil olunur. Və artıq mənə verilən ilkin məlumata görə, konkret Tədbirlər Planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilib. Biz yaxın zamanlarda çox geniş Tədbirlər Planının təsdiq edib onu icra etməyə başlayacağıq”, – deyə dövlət başçısı qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, gələcək illərdə də Azərbaycanda indikinə oxşar iqlim mənzərəsinin davam etməsi istisna edilmir: "Dünyada iqlim dəyişikliyi ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda lazımi addımlar atılmasa 2030-cu ilə qədər ölkənin bəzi ərazilərində səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə də, vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var. Onların arasında koordinasiya lazımi səviyyədə deyil. Ona görə də, bəzi təsərrüfat və infrastruktur obyektləri nəzarətsiz qalıb. Məsələn, mənə nazir Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərinə qanunsuz qoşulmalar var. Bu, indi aşkar olunub. Heç kimin vecinə deyil, heç kimin məsuliyyətinə aid deyil. Ona görə də, bu qanunsuz qoşulmalar suyun ədalətli bölgüsünə ziyan vurur. Aydın məsələdir ki, bəzi təsərrüfat sahibləri sudan istifadə edir, o birilərinə çatmır. Həm də israfçılığıa yol verilir. Bəzi əkin sahələrinə o qədər su verilir ki, buna heç ehtiyac yoxdur. Odur ki, vahid idarəetmə mexanizmi işlənməlidir. Mənə təkliflər veriləcək. Eyni zamanda koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi – əgər bunlara nail olarsaq, hətta mövcud su ehtiyatlarımızla biz məsələni həll edə bilərik.

Mənə Şahin Mustafayev həmçinin məruzə edib ki, bu günə qədər Azərbaycanda su balansı tutulmayıb. Bu da dözülməz haldır. Əgər balansı müəyyən edə bilməsək sudan necə istifadə edəcəyik. Necə ki, hər il enerji balansı təsdiq edirik, burada da vəziyyət ona oxşar olmalıdır”.

Son xəbərlər

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Gündüz mürgüləməsi təhlükəli ola bilər

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Azərbaycan IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

"Telegram" bir həftəlik bloklandı - Hindistanda

"Zelenski ciddi danışmağa hazırdırsa, Moskvaya gələ bilər" - Peskov

Təkrar imtahanlarda iştirak edəcəklərin nəzərinə!

“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq” - FOTO

ŞAİRLİK TİTULDAN YOX, QƏLBDƏ YAŞAYAN SÖZ SEVGİSİNDƏN BAŞLAYIR - FOTO

Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək

Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub

Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - FOTOLAR

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930