
Xəbərlər
15.01.2026, 18:17
Yüz ürək atıram, gölümə düşmür - FOTO
Hikmət Məlikzadə
Bu gün də havada soyuq var, getmə.
Sənə su içirdər pirdə əzrayıl...
Gözlər nə düşünür ölüm anında,
Onu mən bilirəm, bir də əzrayıl.
Gecə qurtarmır ki, səhərə çıxaq,
Günahın zavalı ölümə düşmür.
Dumanın içində güddüyüm sona
Yüz ürək atıram, gölümə düşmür.
Tanrım, sevmədiyim qadını göndər,
Gəlsin, gözlərimdən dərdi çıxartsın.
İki heç-heçəylə oyun bitməz ki,
Şeytana denən ki, nərdi çıxartsın...
Sənə su içirdər pirdə əzrayıl...
Gözlər nə düşünür ölüm anında,
Onu mən bilirəm, bir də əzrayıl.
Gecə qurtarmır ki, səhərə çıxaq,
Günahın zavalı ölümə düşmür.
Dumanın içində güddüyüm sona
Yüz ürək atıram, gölümə düşmür.
Tanrım, sevmədiyim qadını göndər,
Gəlsin, gözlərimdən dərdi çıxartsın.
İki heç-heçəylə oyun bitməz ki,
Şeytana denən ki, nərdi çıxartsın...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
