Ombudsman Aparatı reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı təkliflərini dövlət qurumlarına göndərəcək

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən "Qurtuluş" reabilitasiya mərkəzində monitorinq keçirilib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məqsəd mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.

Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.

Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydada qəbul edilib.

Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.

Reabilitasiya mərkəzlərinin fəaliyyəti Ombudsmanın diqqət mərkəzindədir. Reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlil işinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrin hazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdə tutulur.

Məlumatda qeyd olunub ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunması zəruridir.

Son xəbərlər

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

“Şamaxı” “Araz-Naxçıvan”a, “Kəpəz” “Sumqayıt”a qarşı

İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü

Rafinya “Barselona”nın mövsümün ilk 8 oyununda qol sayına görə rekordunu yeniləyib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

"Putinlə görüşəcəm və bunları həll edəcəm" - Paşinyan

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

YAXŞI Kİ VARSAN...

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

Mahaçqala hava limanında məhdudiyyətlər

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi

Həsənxan Əsədov : Gəlin xalqımızın belə övladlarının dəyərin bilək və qiymətləndirək... - FOTO

Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.

61 yaşlı Monika Belluççi görənləri şoka saldı - Foto

Ərdoğan ABŞ-yə səfər edəcək

Rauf İLYASOĞLU : 10 manatın da əvvəlki 10 manat olmadığı bir zamanda pensiyaçı necə yaşasın?

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930