Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.

TƏBRİK EDİRİK!

Jurnalistikada uzunömürlülük təsadüf deyil. Xüsusən də bu yolun nə qədər keşməkeşli, nə qədər amansız olduğunu bilənlər üçün. Mirbağır Yaqubzadə həmin nadir adamlardandır ki, 30 ilə yaxın bir redaksiyada – “Xalq” qəzetində işləməyi bacarıb. Bacarıb demək azdır, bütün bu illər ərzində öz sadəliyini, abırını, insanlığını da qoruyub saxlayıb.
Onu fövqəlqələm sahibi, tribun yazarı kimi tanımaya bilərsiniz. Amma redaksiyanın yükünü çəkən, tapşırığı vaxtında və artıq-əskiksiz yerinə yetirən, “lazım olan yazını” yazan, sistemin içində səs-küy salmadan işini görən adamlardan biridir Mirbağır. Bu da jurnalistikanın görünməyən, amma ən ağır tərəfidir.

Mirbağır Yaqubzadənin taleyində paradokslar az olmayıb. Vaxtilə “əmrlə” işdən çıxarılıb, sonra yenidən “Xalq” qəzetinə qayıdıb. Bu ölkədə çox az adamın bacardığı bir şeyi bacarıb: qapısı bağlanan yerə təkrar dönüb. Tanınmış jurnalist Aydın Canıyev bu məqamı çox dəqiq ifadə edərək Mirbağır Yaqubzadəni “Heydər Əliyevin miniatürü” adlandırıb. Onun təbirincə desək, Azərbaycanda uzaqlaşdırıldığı məkana yenidən qayıda bilmiş adamlar barmaqla sayılacaq qədər azdır. Bu isə təkcə peşəkarlıq yox, həm də dözüm, səbr və psixoloji davamlılıq tələb edir.
Mirbağırı fərqləndirən əsas cəhət təkcə redaksiya taleyi deyil. O, insanlara münasibətdə də eyni cürdür. Ona ağız açanı geri çevirməz. Hətta bəzən ona birbaşa deyilməyən xahişləri belə eşidib, imkan daxilində həll etməyə çalışar. Bu keyfiyyət jurnalistikada nadir tapılır. Çünki çoxları illər keçdikcə insanlara yox, kresloya yaxın olur.

...Keçən ay sanatoriyada müalicə olunarkən təsadüfən Mirbağır Yaqubzadə ilə rastlaşdım. Görüşüb hal-əhval tutduq və məlum oldu ki, bəxtinə xoruldayan, pinti və gigiyena qaydalarına riayət etməyən bir otaq yoldaşı düşüb. Gecəni onun xorultusuna dözməli olub. Səhər tezdən dəniz kənarına gəzintiyə çıxanda Mirbağır yarı zarafat, yarı ciddi gileyləndi: “Otaq yoldaşım məni yatmağa qoymayıb, pintinin də biridi!”
Otağını dəyişməyi düşünürdü, amma fikirləşirdi ki, birdən otaq yoldaşının xətrinə dəyər. Halbuki bu məsələni çox asanlıqla həll edə bilərdi, amma nüfuzundan istifadə etmədi. Mən biləndə ki, özü bu çətinliyə dözər, amma etməz, dostlardan xahiş edərək otağını dəyişdirdim.
Sanatoriyada nərd oyunu isə ayrıca söhbətdir. Mirbağır yaxşı nərd oynayandır — səbirli, hesablı, emosiyasını cilovlamağı bacaran. Elə buna görə də ona zarafatla
“Miridi bu, Miridi,
Nərd taxtanın şiridi…” deyirdim.
Bu gün Mirbağır Yaqubzadənin 60 yaşı tamam olur. Bu yaş həm ömür, həm də peşə baxımından hesabat yaşıdır. O, nə medal arxasınca qaçıb, nə titul davası aparıb. Amma bu illər ərzində redaksiyanın yaddaşına çevrilib. Belə adamlar adətən səs-küysüz yaşayar, amma yoxluqları dərhal hiss olunar.
Bu yubiley münasibətilə ona möhkəm can sağlığı, rahat günlər və dəyişməz sadəlik arzulayıran. Çünki Mirbağır dəyişsə, Mirbağır olmaz.
Və yubiley sözünün ən yerinə düşən yekunu da elə budur:
Miridi bu, Miridi,
Mətbuatın şiridi.
60 yaşın mübarək olsun, Mirbağır!

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031