Bəzən bir insanın ömür yolu sadəcə hadisələrdən ibarət olmur. O yolun hər addımında bir amal, bir dəyər, bir məsuliyyət yaşayır. Adil Əliyevin həyatı da belə bir yolun — fədakarlığın, sadəliyin və sədaqətin yoludur.

1969-cu ilin payızında, Naxçıvanın Şərur rayonunun Maxta kəndində dünyaya göz açan Adil balaca yaşlarından nizam-intizamı, zəhməti və düzgünlüyü ilə seçilirdi. O, nüfuzlu bir nəslin nümayəndəsi idi. Amma bu nüfuzu özünə üstünlük kimi deyil, məsuliyyət kimi daşıdı. Heç vaxt ad-san arxasında gizlənmədi, heç vaxt soyadın gətirdiyi imkanlardan yararlanmadı. Əksinə, o, elə yaşadı, elə çalışdı ki, bu nüfuzlu ad onunla bir daha ucaldı, yeni mənəvi məna qazandı.
İdmanla böyüyən Adil gənclik illərində əzmkarlığın və iradənin nə demək olduğunu öyrəndi. Bakı idman təmayüllü internat məktəbində keçdiyi illər onu təkcə güclü deyil, həm də nizamlı, prinsipial bir insan kimi yetişdirdi. 1987-ci ildə məktəbi bitirib idman ustası adını qazandığında, onun həyatının başlanğıc sətirləri artıq yazılmışdı.
Sonra bu sətirlər hərb və elm yolunda davam etdi. Sankt-Peterburqda, M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasında aldığı təhsil, Vətənə dönüb hüquq sahəsində çalışmağı, ardınca Polis Akademiyası və Bakı Dövlət Universitetində təhsili, bütün bunlar bir məqsədə yönəlmişdi — ölkəsinə, xalqına vicdanla xidmət etmək.
Adil Əliyev təkcə hüquqşünas deyil, düşünən, yazan, araşdıran bir ziyalıdır. Onun “Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı monoqrafiyası, həmçinin ideya müəllifi olduğu “Erməni soyqırımı: mif və gerçəklik” kitabı milli düşüncənin və elmi baxışın sintezidir. Bu əsərlərdə təkcə elmi yanaşma deyil, həm də milli ağrı, milli ədalət hissi var.
2005-ci ildə o, siyasət meydanına çıxdı. Nərimanov rayonundan deputatlığa namizədliyi irəli sürüləndə onun platformasında bir fikir açıq görünürdü — xalqa, dövlətçiliyə və dövlətə xidmət etmək. O seçkilərdə biz də onu yaxından izləyirdik. Mən o vaxt “Həqiqət anı” qəzetinin baş redaktoru idim və onun platformasını qəzetdə dərc etmişdim. Həmin vaxt Adil müəllimin təvazökarlığı və xalqla səmimi təması seçki kampaniyasına fərqli bir ruh gətirmişdi. Xalq da bu səmimiyyəti gördü, inandı və ona səs verdi.
Sonrakı illər onun dövlət idarəçiliyində və siyasətdə püxtələşdiyi illər oldu. Təhlükəsizlik və Müdafiə məsələləri üzrə komissiyanın üzvü, beynəlxalq əlaqələrdə fəal nümayəndə, MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini kimi o, Azərbaycanın maraqlarını həmişə ləyaqətlə müdafiə etdi. 10 mart 2020-ci ildə Milli Məclisin sədr müavini seçilməsi bu ləyaqətli xidmət yolunun təntənəsi idi.
Amma o, vəzifə artdıqca dəyişənlərdən olmadı. Əksinə, sanki hər pillə onu daha da təvazökar, daha da insani etdi. Suraxanı rayonuna icra başçısı təyin olunduğu gün də bu sadəliyin, bu xalqa yaxınlığın davamını gördük. Mən özüm də o xəbəri sevinclə qarşıladım, çünki onu tanıyan hər kəs bilirdi ki, Adil Əliyev harada olsa, orada iş, səliqə, qayğı və ədalət olacaq.
Bütün bu illər ərzində Adil müəllimin sadəliyini və diqqətini mən də şəxsən hiss etmişəm. Milli Məclisdəki gərgin və məsuliyyətli işi, saysız görüşləri, səfərləri olmasına baxmayaraq, o, heç vaxt insan münasibətlərini unutmur. Əlamətdar günlərimdə şəxsi poçtuma göndərdiyi səmimi təbriklər onun nə qədər diqqətli, nə qədər insani dəyərlərə bağlı bir şəxs olduğunu bir daha göstərirdi.
Bu gün Suraxanı sakinlərinin dilində onun haqqında deyilən hər xoş söz, tikilən hər yeni obyekt, abadlaşan hər küçə onun əməyinin göstəricisidir. Amma ən əsası insanlar onunla görüşəndə bir məmurla deyil, bir doğma, bir etibarlı insanla üz-üzə gəldiklərini hiss edirlər.
Adil Əliyevin həyatı göstərir ki, böyüklük titullarda deyil, əxlaqda və əməlində gizlənir. O, nüfuzlu bir adın kölgəsində böyümədi — həmin ada yeni bir parıltı gətirdi. Və bu parıltı onun fədakar, sadə, xalqa yaxın ömrünün işığıdır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.

Son xəbərlər

Nicat Novruzoğlu : Həsrəti gözəl olsun.. - FOTO

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930