İspaniya La Liqası: “Barselona” “Alaves”i məğlub edib
İspaniya La Liqasında XIV turun növbəti oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Barselona” doğma meydanda “Alaves”lə qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kataloniya təmsilçisi 34 xalla turnir cədvəlinə başçılıq edir.