Xəbərlər
10.11.2025, 03:13
ƏFŞAN YUSİFQIZI : Bar verən ağaclar bəhərdən düşür - FOTO
Əvvəllər, kişilər edərdilər ov,
Indi yüyən çəkir handa dəlisov.
Özün tanımayan çapır qovhaqov,
Kişi at belində yəhərdən düşür.
Hanı ötən günlər, ötən o çağlar,
Onda seçilərdi qaradan, ağlar.
Indi pul gücünə yıxılır dağlar,
Pəhləvan cüssələr hünərdən düşür.
Min haram qatılır şəkər-noğluna,
Qurbanlıq kəsilən ehsan toğluna.
Bir mənlik qalmışdı insan oğluna,
O da yavaş-yavaş dəyərdən düşür.
Insan xainliklə şimşək çaxandan,
Ildırım həsrətlə gendən baxandan.
Süni ağaclarda meyvə çıxandan,
Bar verən ağaclar bəhərdən düşür.
Əfşan, təmiz addır indi ucalıq,
Səni qorxutmasın əsla qocalıq.
Ömrün qismətinə düşən acılıq,
Nisgildən,möhnətdən,kədərdən düşür.
Indi yüyən çəkir handa dəlisov.
Özün tanımayan çapır qovhaqov,
Kişi at belində yəhərdən düşür.
Hanı ötən günlər, ötən o çağlar,
Onda seçilərdi qaradan, ağlar.
Indi pul gücünə yıxılır dağlar,
Pəhləvan cüssələr hünərdən düşür.
Min haram qatılır şəkər-noğluna,
Qurbanlıq kəsilən ehsan toğluna.
Bir mənlik qalmışdı insan oğluna,
O da yavaş-yavaş dəyərdən düşür.
Insan xainliklə şimşək çaxandan,
Ildırım həsrətlə gendən baxandan.
Süni ağaclarda meyvə çıxandan,
Bar verən ağaclar bəhərdən düşür.
Əfşan, təmiz addır indi ucalıq,
Səni qorxutmasın əsla qocalıq.
Ömrün qismətinə düşən acılıq,
Nisgildən,möhnətdən,kədərdən düşür.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












