
Xəbərlər
10.05.2019, 17:04
Ermənistan mətbuatı: Paşinyanın reytinqi düşür

Ermənistanın Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyanın reytinqinin müəyyən edilməsi üçün yeni rəy sorğusu keçirib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazirin reytinqində yeni antirekord qeydə alınıb.
Rəy sorğularına əsasən, N.Paşinyanın reytinqi 34 faizədək azalıb.
3 ay əvvəl keçirilmiş rəy sorğusunun yekunlarına əsasən, erməni baş nazirinin reytinqi 36 faiz təşkil edirdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











