
Xəbərlər
12.04.2019, 13:20
Strasburqda Paşinyanın çıxışını kəsdilər, qalmaqal düşdü

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqa səfəri zamanı Fransadakı erməni icması ilə görüşündə qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, aprelin 11-də erməni icması ilə keçirilən görüşdə Nikol Paşinyana Ermənistanda seçkiləri saxtalaşdırmaq ittihamı irəli sürülüb.
"İnqilabdan sonra da seçicilərin pulla ələ alınması halları var”, - deyə icmanın üzvlərindən biri bildirib.
Paşinyan isə həmin erməniyə məsləhət görüb ki, Ermənistana gəlsin və bu haqda polisə məlumat versin.
"Lakin bu məlumatlar doğru olmasa, sizi həbs edə bilərlər”, - deyə o bildirib.
Daha sonra görüşdə qarışıqlıq baş verib və iştirakçılar arasında qalmaqal yaranıb. Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












