Xəbərlər
7.11.2025, 12:26
BELA ZƏNGİBASARLI : CAN AZƏRBAYCAN - FOTO
BÜTÜN DOSTLARIMI 8 NOYABR ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM!
Ulduztək parlayan, nur olub yağan,
Varlığı düşməni qınında boğan.
Səhər günəşitək ömrümə doğan,
Sabaha açılan dan, Azərbaycan!
Qartallar oylağı dərə-dağına,
Gülüstana dönmüş bağça-bağına.
Şəhidlər verdiyin bu torpağına,
Bir də tökülməsin qan, Azərbaycan!
Nə gözəl yozubdur yuxunu yozan,
Məclislər qurulsun oxusun ozan.
Məni duyğusuyla şəninə yazan,
Bir şair övladın san, Azərbaycan!
Maşallah, hər işdə öndəsən, öndə,
Allaha yaxınsan imanda, dində.
Hər il noyabrda - Bu əziz gündə,
Böyük qələbəni an, Azərbaycan!
Hüsnünə vurulur, kimsə görüncə,
Çox qürur duyuram, səni öyüncə.
Böyük zəfər çaldıq, düz beş il öncə,
Zəfərin mübarək, can Azərbaycan!
07.11.2025Varlığı düşməni qınında boğan.
Səhər günəşitək ömrümə doğan,
Sabaha açılan dan, Azərbaycan!
Qartallar oylağı dərə-dağına,
Gülüstana dönmüş bağça-bağına.
Şəhidlər verdiyin bu torpağına,
Bir də tökülməsin qan, Azərbaycan!
Nə gözəl yozubdur yuxunu yozan,
Məclislər qurulsun oxusun ozan.
Məni duyğusuyla şəninə yazan,
Bir şair övladın san, Azərbaycan!
Maşallah, hər işdə öndəsən, öndə,
Allaha yaxınsan imanda, dində.
Hər il noyabrda - Bu əziz gündə,
Böyük qələbəni an, Azərbaycan!
Hüsnünə vurulur, kimsə görüncə,
Çox qürur duyuram, səni öyüncə.
Böyük zəfər çaldıq, düz beş il öncə,
Zəfərin mübarək, can Azərbaycan!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


