8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Turizm Departamenti tərəfindən Hacadağın zirvəsinə ekstremal yürüş təşkil olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yürüşdə idmançılar, könüllü gənclər, əcnəbi tələbələr və təşkilatçı qurumların əməkdaşları olmaqla, ümumilikdə 44 nəfər iştirak edib.

Noyabrın 6-sı səhər saatlarında yürüş iştirakçıları Culfa rayonunun Gal kəndindən Hacadağa doğru hərəkətə başlayıblar. Dırmanışdan öncə təşkilatçı qurumların nümayəndələri tədbirin əhəmiyyətindən danışıblar, iştirakçılara uğurlar arzulayıblar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə yürüş iştirakçılarını təhlükəsizlik qaydaları barədə məlumatlandırıblar.

Daha sonra qruplara bölünən iştirakçılar zirvəyə doğru hərəkət ediblər. Çətin relyefə baxmayaraq, təxminən 4 saat ərzində 2414 metr yüksəklikdəki zirvəyə çatmaq mümkün olub. Burada iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıb, Dövlət Himnini ifa ediblər. “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Zəfər bizim, zirvə bizim!” şüarları səsləndirilib.

Yürüşün sonunda iştirakçılar fəxri fərmanlarla təltif olunub, FHN əməkdaşları və Təcili tibbi yardım işçilərinə isə təşəkkürnamə təqdim edilib.

Zirvə yürüşünün əsas məqsədi Zəfər Gününün 5-ci ildönümünü qeyd etmək, şəhidlərimizin şücaətinə ehtiram göstərmək və gənclər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.











Son xəbərlər

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031