İran səfiri: Sərhəddə gələn aylarda yeni keçid məntəqəsi açılacaq


Azərbaycan-İran sərhədində gələn aylarda yeni keçid məntəqəsi açılacaq.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O qeyd edib ki, hazırda İran və Azərbaycan arasında dörd keçid məntəqəsi - Astara, Biləsuvar, Culfa və Şahtaxtı-Poldəşt fəaliyyət göstərir:

"Gələn aylarda isə daha bir keçid məntəqəsi açılacaq. Bu keçid yeni körpü tikintisi ilə əlaqədardır ki, bu körpü "Ağbənd-Kəlalə" regionunda yerləşəcək. Bu istiqamətdə işlər çox yaxşı gedir və ilin sonuna qədər, yəni dekabrın sonuna kimi körpünün tikintisi bitəcək. Eyni zamanda, keçid məntəqəsi üçün bəzi qurumların hazırlıq işləri davam edir. Ümid edirik ki, gələn üç-dörd ay ərzində bu yeni keçid məntəqəsi hazır olacaq. Bu isə o deməkdir ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələri daha da genişləndirmək üçün yeni imkanlar yaranacaq".

Səfir qeyd edib ki, yeni keçid məntəqəsinin və körpünün istifadəyə verilməsi ilə Naxçıvanın Azərbaycanın əsas hissəsinə çıxışı daha qısa və qısa müddətdə mümkün olacaq:

"Bundan başqa, həmin istiqamətdə başqa infrastruktur və quruculuq işləri də aparılır. Yol bəzi yerlərdə dağlıq ərazilərdən keçdiyi üçün, xüsusilə, qış aylarında çətinliklər olurdu. Buna görə də yeni tunellər tikilir və mən bazar günü həmin tunellərə də baxdım. İşlər çox yaxşı irəliləyir, bəzi hissələrdə yol genişləndirilir. Ümumilikdə vəziyyət çox yaxşıdır və bu işlər iqtisadi əlaqələrin daha da inkişafına, həmçinin Naxçıvanın Azərbaycanın digər hissələri ilə əlaqəsinin asanlaşmasına yol açacaq".


Son xəbərlər

Sabah bütün pensiyalar tam ödəniləcək

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

Onlara 271 min reabilitasiya vasitəsi verildi

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA

Doktorant olmaq istəyənlər üçün sənəd qəbulu başladı

Viral olan görüntüsünün sirrini açıqladı - Fotolar

“Çukur”dan sonra yolları yenidən kəsişdi

İllərdir gizlətdiyi xəstəliyini açıqladı

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Pentaqon ABŞ-Kanada müdafiə şurasının fəaliyyətini dayandırır

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb

Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü

İlon Mask “OpenAI”yə qarşı məhkəməni uduzdu

Şakira İspaniya hökumətinə qalib gəldi - 70 milyon dollarını qaytaracaq

Onların gözü yüksəklərdədir... - Rekordlarını təzələdilər

Əzizə Ağahüseynqızı : Vətəndi, obadı, eldi yasəmən - FOTO

Azərbaycan pavilyonu “Urban Expo” sərgisində fəaliyyətə başladı

“İqlim və mənzil dayanıqlığı: gender perspektivindən baxış” adlı tədbir keçirildi - FOTOLAR

İranla danışıqlarda güzəştə hazır deyiləm - Tramp

Prezident 15 əsr əvvəl çəkilmiş kanalizasiya sistemini nümunə göstərdi

“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu

Dördüncü qızı olacaq

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031