Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ : ÖLÜM XƏBƏRLƏRİ - FOTO
Xəbərlər

QIZBƏS QƏBƏLƏ : ÖLÜM XƏBƏRLƏRİ - FOTO

01.06.2026, 00:13 130
Çəkir sınağa sanki, ağrıdıb qəlbimizi,
Hər gün, hər gün verilən o ölüm xəbərləri.
Sonsuz dərdə, ələmə boğub, qərq edir bizi,
Söndürür həyat eşqin, göynədib ürəkləri.

Xəbərlərdən yayılır hər an yeni bəd xəbər,
Bu gün bir cavan öldü, qəfil ürəktutmadan.
Axşam yatlb durmayıb, pəhləvantək bir nəfər,
Bir gözəl oğlan köçüb səhər - səhər dünyadan.

Orda qəza baş verib, ölüb körpə uşaqlar,
Burda yanğın olubdur, tüsrü neçə can alıb.
Sel gəlib filan kəndə, xeyli sayda, ölən var,
Bir gəlin öldürülüb, balası yetim qalıb.

Balıqçılar dənizdən qayıtmayıb geriyə,
Dənizdə fırtlna var, çalxalanır dalğalar.
Bir ümid yavaş, yavaş sürüklənir heçliyə,
Hər gün coşan bu dəniz neçə - neç can alar.

Deməklə bitməyir ki, hansını sadalayım.
Dəm qazından öləni, yıxılıb məhv olanı ?
Çıxıb neçəsi yaddan, belə huşsuz olmayım,
Unutmayım, qoy deyim hər taleyi solanı.

Oxşar xəbərlər