Şuşaya yürüş olacaq

Siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib.

"Turaztv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, o, öz "facebook" səhifəsində Azərbaycan xalqını Şuşaya yürüşə dəvət edib.
Hacılı Qarabağ Günü elan etdiyi 8 iyun 2019-cu il tarixində saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının əsasını qoymağa çağırır.

"Facebook"da "Evə qayıdırıq!" adlı event və həştaq (#eveQayidiriq!) sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Artıq "Youtube"də də"Azərbaycanlılar Qarabağa Gedir!” başlığı ilə vətəndaşlara çağırış videosu da yerləşdirilib.

Məsələnin mahiyyətini öyrənmək üçün Ramin Hacılı ilə əlaqə saxladıq. O, qaynarinfo-ya açıqlamasında bildirib ki, yürüşün məqsədi dünyaya və özümüzə Qarabağ üzərindəki haqqımızı və bunun uğrunda hərəkətə keçməyə qadir olduğumuzu sübut etməkdir.

"9 may günü ermənilərin Şuşadakı əyləncələri və Ermənistan Prezidenti Nikol Paşinyanın bu bayram tədbirindəki yallı rəqsinin videosunu izlədim.

Özlərini qalib kimi, Qarabağın sahibi kimi aparmaları hər bir azərbaycanlı kimi məni də narahat etdi. Düşündüm ki, hansısa istiqamətdə bunun əksini sübut etməliyik. Onlar qalib, biz isə məğlub deyilik. Biz Qarabağı istəyirik. Sadəcə hansısa səbəblərdən, xüsusən də beynəlxalq səbəblərdən Qarabağ bu gün onların nəzarəti altındadır. Qərara gəldik ki, insanlara çağırış edək və Azərbaycan xalqı sübut etsin ki, biz Qarabağı istəyirik, Qarabağ bizim evimizdi, bizdən alınıb, oradan çıxarılmışıq, bu reallıqla barışmırıq, barışmaq fikrində də deyilik. Çox təəssüflər olsun ki, artıq 25 ildir atəşkəs rejimidi. Və bu müddət ərzində Azərbaycan xalqı heç vaxt kütləvi şəkildə hərəkət edib, bu ideyasını, məqsədini bəyan etməyib. Bunu bəyan etmək üçün Füzuli rayonunun Horadiz şəhərinə toplanmaq üçün çağırış etdim. Və əminəm ki, bu çağırışa çox ciddi reaksiya olacaq.

İnanıram ki, insanlarımız ən həssas mövzu olan və özünün natamamlıq kompleksinə səbəb olan Qarabağ itkisi ilə razılaşmayıb, "Evə qayıdırıq!" kampaniyasına qoşulacaq və birlikdə hərəkətə keçəcəyik".

Son xəbərlər

“Lido”da qadın qəfil vəfat etdi

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü

Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?

Sahibə Qafarova Xameneinin vida mərasiminə gedəcək

Bu çimərliklərdə çimmək qadağan edildi - Fotolar

BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

42 yaşlı məktəb direktoru vəfat etdi - Foto

Zeynəb xanım, qələminiz daim yazsın, könlünüz daim sözün işığı ilə nurlansın - FOTO

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur

Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb

Sambo idman növü üzrə respublika turnirində 100-dən çox idmançı mübarizə aparıb - FOTOLAR

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930