Xəbərlər
29.09.2025, 00:42
BRİLYANT QURBANOVA : Görmədim - FOTO
Brilyant QURBANOVA,
şairə-publisist
şairə-publisist
Gərdiş etdim bu dünyanı əzəldən,
Heç özümə bənzərini görmədim.
Fikir-zikr sevdi məni, yar oldu.
Xoşbəxtliyin cüt zərini görmədim.
Ağlamışam, öz içimdə, gülmüşəm,
Bu dünyanı üzdə cənnət bilmişəm,
Çoxlarını ürəyimdən silmişəm,
Dar ayaqda heç birini görmədim.
Haqq məsləkim, Haqq varlığım,dörd yolum,
Yaranandan mənlə gedir dərd yolum
Taleyimə çəkilibdi sərt yolum,
Ömrüm boyu boş yerini görmədim.
Çox məkanda nişanəm var, izim var,
Könüllərdə söhbətim var, sözüm var,
Mən Atəşəm, iradəm var, dözüm var,
Çoxlarında heç birini görmədim.
Heç özümə bənzərini görmədim.
Fikir-zikr sevdi məni, yar oldu.
Xoşbəxtliyin cüt zərini görmədim.
Ağlamışam, öz içimdə, gülmüşəm,
Bu dünyanı üzdə cənnət bilmişəm,
Çoxlarını ürəyimdən silmişəm,
Dar ayaqda heç birini görmədim.
Haqq məsləkim, Haqq varlığım,dörd yolum,
Yaranandan mənlə gedir dərd yolum
Taleyimə çəkilibdi sərt yolum,
Ömrüm boyu boş yerini görmədim.
Çox məkanda nişanəm var, izim var,
Könüllərdə söhbətim var, sözüm var,
Mən Atəşəm, iradəm var, dözüm var,
Çoxlarında heç birini görmədim.
28.09.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

