Xəbərlər
11.12.2023, 21:53
Aybəniz Qaragilə: OVCUMDAKI GÖZ YAŞIM - FOTO
OVCUMDAKI GÖZ YAŞIM
Bu nə hava, bilmirəm,
Oynayıram içimdə.
Dərdim tökülüb daşır,
Qaynayıram içimdə.
Qəmim ləçək-ləçəkdi,
Günbəgün güllənirəm.
Damla-damla yığılıb,
Lillənib, göllənirəm.
Əlimi yandıracaq,
Ovcumdakı göz yaşım.
Haçan duyğulrımla,
Bitəcəkdir savaşım.
İçimdə tüğyana bax,
İpə-sapa yatmayır.
Ovunmağa bir azca,
Heç nə başım qatmayır.
Köksüm elə yüklənib,
Yüz yerindən çat verib.
Ömrüm şahmat oyunu,
Bəxtim mənə mat verib.
Uşaqlığım dolanır,
Bu havalı başımda.
Baharı görmədim ki,
Nə tez gəldi qışım da.
Bu nə hava, bilmirəm,
Oynayıram içimdə.
Dərdim tökülüb daşır,
Qaynayıram içimdə
Oynayıram içimdə.
Dərdim tökülüb daşır,
Qaynayıram içimdə.
Qəmim ləçək-ləçəkdi,
Günbəgün güllənirəm.
Damla-damla yığılıb,
Lillənib, göllənirəm.
Əlimi yandıracaq,
Ovcumdakı göz yaşım.
Haçan duyğulrımla,
Bitəcəkdir savaşım.
İçimdə tüğyana bax,
İpə-sapa yatmayır.
Ovunmağa bir azca,
Heç nə başım qatmayır.
Köksüm elə yüklənib,
Yüz yerindən çat verib.
Ömrüm şahmat oyunu,
Bəxtim mənə mat verib.
Uşaqlığım dolanır,
Bu havalı başımda.
Baharı görmədim ki,
Nə tez gəldi qışım da.
Bu nə hava, bilmirəm,
Oynayıram içimdə.
Dərdim tökülüb daşır,
Qaynayıram içimdə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











