Xəbərlər
31.07.2023, 01:14
Şəhla Xəlilqızı: TALANIRAM - FOTO
TALANIRAM
Öz-özümdən küsüb belə,
Göz yaşımı silə-silə,
Axıdaraq gilə-gilə,
Gileylənib boşalıram,
Öz içimdə talanıram.
Baxmaq istəsə geriyə,
Qalır əriyə-əriyə,
Üz tutaraq hər gileyə,
Son ümüdə boylanıram,
Öz içimdə talanıram.
Yağış yağan düzlər təki,
Qopsaq tutmuş izlər təki,
Yeriməyən dizlər təki,
Səhərimə allanıram,
Öz içimdə talanıram.
Bir xırıltı var səsində,
Yaş qaldıqca o, gözündə,
Nəm gizlənən bənizində,
Sızıltıya çalanıram,
Öz içimdə talanıram.
Şəhlayam, nələrdən keçdim,
Qəm badəsindən dərd içdim,
Hər nə gördüm düzün seçdim,
Dözə-dözə qalanıram,
Öz içimdə talanıram.
Göz yaşımı silə-silə,
Axıdaraq gilə-gilə,
Gileylənib boşalıram,
Öz içimdə talanıram.
Baxmaq istəsə geriyə,
Qalır əriyə-əriyə,
Üz tutaraq hər gileyə,
Son ümüdə boylanıram,
Öz içimdə talanıram.
Yağış yağan düzlər təki,
Qopsaq tutmuş izlər təki,
Yeriməyən dizlər təki,
Səhərimə allanıram,
Öz içimdə talanıram.
Bir xırıltı var səsində,
Yaş qaldıqca o, gözündə,
Nəm gizlənən bənizində,
Sızıltıya çalanıram,
Öz içimdə talanıram.
Şəhlayam, nələrdən keçdim,
Qəm badəsindən dərd içdim,
Hər nə gördüm düzün seçdim,
Dözə-dözə qalanıram,
Öz içimdə talanıram.
Şəhla Xəlilqzı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










