Sevməyi sən öyrətmədinmi? - Şəhla XƏLİLQIZI
Sevməyi sən öyrətmədinmi?

Üz-üzə gələndə gendən gəzənim,
Qəlbimi eşqinlə dinlətmədinmi?
Könlümü alaraq sevib- sevənim,
Mənə sevməyi sən öyrətmədinmi?

İzləyib hər zaman getdiyim yolu,
Arxamca gələrdin dinərək bollu,
Əlinə toxunan o, isti qolu,
Əlinlə tutaraq oxşatmadınmı?

Pərişan gözlərin yaş ilə dolan,
İntizar çəkərək həsrətdən solan,
Eşqinlə qəlbimi eyləyib talan,
Qəmli gözlərinlə oxşatmadınmı?

Baxışlar həsrətlə dolub bulud tək,
Fəryad edəndə çarəsiz ürək,
Bizə layla çalan o, arzu, dilək,
Gülüşlə kədəri gizlətmədinmi?

Kök atan ağac tək qəlb budağını,
Əlinlə dərdiyin eşq yarpağını,
Bükərək qoyduğun ilk varağını,
Xatirə dəftərdə gizlətmədinmi?

Dözərək möhnətə, dözərək qəmə,
Qısındım içimdə o, saf sevgimə,
Mənə əzab verən dözüm səbrimə,
İlləri ayları gözlətmədinmi?

Şəhla deyər nədən gen düşdün məndən,
Sən ki, bir soyuqluq görmədin məndən,
Bəs nədən ayrıldın sən öz eşqindən?
Vədə verib mənə gözlətmədinmi?
Mənə sevməyi sən öyrətmədinmi?


Şəhla Xəlilqızı.
13. 08.2022

Sevməyi sən öyrətmədinmi? - Şəhla XƏLİLQIZI
Sevməyi sən öyrətmədinmi? - Şəhla XƏLİLQIZI
Sevməyi sən öyrətmədinmi? - Şəhla XƏLİLQIZI

Son xəbərlər

Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir

Sabah Məhərrəm ayı başlayır

Qalibə Dünya Kubokunu o təqdim edəcək

Anna Hakobyan Paşinyanın həyat yoldaşı kimi Amerikaya göndəriləcək

Kamran Əliyev Qarsdakı Baş Konsulluqda - Fotolar

ABBA-nın üzvü vəfat etdi

“Kızılcık Şerbeti”nin “Işıl”ı vəfat etdi - FOTOLAR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930