Xəbərlər
3.07.2022, 23:32
DİLLƏNMƏSİN - Şəhla XƏLİLQIZI
DİLLƏNMƏSİN
Aşıq qəm çəkər sevib sevəndə,
Eşqin nişanəsi çöldə çəməndə,
Fələyin oyunu salar kəməndə,
Sevənlər kədərə de bələnməsin.
Yalan eşqdən məlhəm olmaz yaraya,
Sarmaşıq tək daranacaq araya,
Çatmaz loğman fəryad etsə haraya,
Bülbülün bağında sar dolanmasın.
Saranı da sellər-sular apardı,
Xan çobanın candan canı qopardı,
Eşqin ətəyindən sevib tutardı,
Dür axan sularda de lillənərmiş.
Gözlərin yaşı da dönəndə selə,
Həsrət də, hicran da verib əl-ələ,
Fələk oda yaxır hey bilə-bilə,
Sevincin üstünə qəm ələnərmiş.
Şəhla sevən ürək qəmdən alışar,
Yazdığı kəm bəxtlə susar barışar,
Sevən aşiqlər cənnətində qovuşar,
Alışıb ürəklər de küllənməsin,
Aşiqin yerinə sar dillənməsin.
Şəhla Xəlilqızı.
Aşıq qəm çəkər sevib sevəndə,
Eşqin nişanəsi çöldə çəməndə,
Fələyin oyunu salar kəməndə,
Sevənlər kədərə de bələnməsin.
Yalan eşqdən məlhəm olmaz yaraya,
Sarmaşıq tək daranacaq araya,
Çatmaz loğman fəryad etsə haraya,
Bülbülün bağında sar dolanmasın.
Saranı da sellər-sular apardı,
Xan çobanın candan canı qopardı,
Eşqin ətəyindən sevib tutardı,
Dür axan sularda de lillənərmiş.
Gözlərin yaşı da dönəndə selə,
Həsrət də, hicran da verib əl-ələ,
Fələk oda yaxır hey bilə-bilə,
Sevincin üstünə qəm ələnərmiş.
Şəhla sevən ürək qəmdən alışar,
Yazdığı kəm bəxtlə susar barışar,
Sevən aşiqlər cənnətində qovuşar,
Alışıb ürəklər de küllənməsin,
Aşiqin yerinə sar dillənməsin.
Şəhla Xəlilqızı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













