Dövlət işinə müəllimlikdən gələn, Ulu Öndərin ilk müəllimlərindən biri,”İstiqlal” Ordenli, Əməkdar Müəllim, qədim Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı, bütün ömrünü Naxçıvan və Qərbi Azərbycanda maarif və ali təhsilin inkişafına həsr etmiş, xüsusilə İrəvan şəhərində Pedaqoji İnstitutun Azərbaycan bölməsində qərbi azərbaycanlı gənclərə dil və ədəiyyatı dərin məzmunlu mühazirə və praktik dərslərlə tədris etməklə Qərbi Azərbaycanda müasir dövr ziyalılarının yetişməsinə böyük töhfələr vermis Ədəbiyyatşünas alim, dosent Lətif Hüseynzadənin oğul nəvəsi Naxçıvan Dövlət Universitetinin ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri, gələcəyinə böyük ümid bəslənilən, dünyaya gəlməsinin 42-ci ilində mənalı ömrünün vaxtsız xətm olunması Əkrəm Rüfət oğlu Hüseynzadənin anım günündə xatirələri, keçmiş günləri bir daha yada salır.

Əkrəm Hüseynzadə 30 aprel 1983-cü il tarixində Azərbaycanın qədim Naxçıvan şəhərində Pedaqoji elmləri doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadənin və müəllim Gülsüm xanımın ailəsində dünyaya gəlmişdir. Orta məktəb təhsilini Bakıda, ali təhsilini isə Naxçıvan Dövlət Universitetində başa vurmuş Əkrəm, magistratura, doktorantura pillələrini də NDU və AMEA Naxçıvan bölməsində tamamlayaraq, fəaliyyətini də AMEA-nın Naxçıvan bölməsində folklorşünaslıq şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirmiş, elmi iş üzərində çalışaraq folklorşünaslıq üzrə dissertasiya yazmış, uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, sonrakı elmi- pedaqoji fəaliyyətində isə dosent elmi adını almağa layiq görülmüşdür.
Əkrəm Hüseynzadə AMEA-nın Naxçıvan bölməsinin “Dil, Ədəbiyyat, İncəsənət” İnstitutunun folklorşünaslıq şöbəsində elmi işçi kimi çalışdığı dövrdə Naxçıvan və Qərbi Azərbaycan folkloru haqqında dəyərli elmi tədqiqat işləri aparmış, əsərləri Respublikamızda, Türkiyə və Rusiyada çap olunmuş, xidmətləri Qrant mükafatına layiq görülmüş, və Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında elm, mətbuat, idman sahələrində və hüquq mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə” “Naxçıvan Muxtar Respublikasna xidmətlərinə görə” medalı ilə təltif edilmişdir (01 fevral , 2014 cü il).
Uğurlu fəaliyyəti qiymətləndirilərək Əkrəm Hüseynzadə AMEA-nın Naxçıvan bölməsinin “Dil, Ədəbiyyat, İncəsənət” İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri və daha sonra Bölmənin Elmi Katıbı vəzifəsinə irəli çəkilmişdir.
Keçən əsrin 90-cı illərinin əvvəllərində qarşısında həll olunması böyük diqqət və tükənməz enerji tələb edəcək, Azərbaycanda DÖVLƏTÇİLİYİ bərpa edib dirçəldərək Respublikanı artıq itirilmiş əvəlki şan-şöhrətinə qaytarmaqla yanaşı, üzərinə Azərbaycan xalqının olub-olmaması kimi son dərəcə taleyüklü missiyanın da düşdüyü zaman, Ülu Öndər Heydər Əliyevin Naxçıvanın qədim və zəngin tarixi, dövlətçilik ənənələri, əsrarəngiz təbiəti, təbii və xüsusilə insan resursları kimi sərvətləri olduğu halda, torpağı, təbii abidələri ə i.a. ilə yanaşı folklorunun da bu torpağın adına layiq lazımınca öyrənilməsini mühüm bir vəzifə kimi alimlərin qarşısına qoymuşdur. Çox keçmir ki, Naxçıvan Dövlət Universitetinin sabiq rektoru, böyük ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin və AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin təşkilatçılığı və gənc Əkrəmin və digərlərinin yorulmaz əməyi nəticəsində, Naxçıvanda folklorşünslıq elmi şan-şöhrətə qovuşur, yerlərdə, bölgələrdə, kəndlərimizdə folklor materialları toplanılır Əkrəmin və digər müəlliflərin əməyi ilə “Naxçıvan folkloru”, “Naxçıvan folklor Antologiyası”, “Naxçıvan folklor Atlası”, “Uşaq folkloru”, “Naxçıvan folklor mətnlərində yaşayan tarix” və digər bu kimi dəyərli əsərlər yazılır, kitablar çap edilir, qiymətli tədqiqatlar aparılır.
“Dədə-Qorqud yurdu-Naxçıvan” Tarixi-Coğrafi və Etnoqrafik Atlası 3 dildə-Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuşdur. “Əcəmi” Nəşriyyatında çap edilən atlas iki hissədən- Tarixi-coğrafi atlas və Etnoqrafik atlasdan ibarətdir. Kitabda 320 xəritə, 100-ə yaxın fotoşəkil öz əksini tapmışdır. Bu sanballı elmi nəşr dünya səviyyəsində qiymətli və dəyərli mənbə kimi Naxçıvanşünaslığın və Dədəqorqudşünaslığın öyrənilməsində ən mühüm töhfə olmuşdur.
Məlumdur ki, xalqın mədəniyyətinin ilk “cücərtiləri”, mənəviyyatı, düşüncə tərzi, həyata və qalan dünyaya sistemli baxışı folklor nümunələrində, xalq müdrikliyində öz əksini tapır. Bu mənada, Naxçıvan folkloru da öz zənginliyi, qədimliyi ilə Azərbaycan folklorunda qaynayaraq öz məna dəyəri ilə seçilərək, həm filoloji, həm də elmi-ictimai əhəmiyyəti ilə xüsusi dəyər kəsb edir.

Naxçıvanın qədim və zəngin mədəniyyətə malik olması, bəşəri sivilizasiyasının, şəhər mədəniyyətinin ilk beşiklərindən biri kimi Onun, İrəvan şəhəri ilə yanaşı həmişə regionun mədəni, iqtisadı, siyasi həyatında mühüm yer tutduğu, özünün zəngin arxeoloji, etnoqrafik qaynaqları ilə birlikdə, folklorunun da özünəməxsusluğu ilə seçilir. Naxçıvanda Nuh Peyğəmbərin məzarı, Əshabi-Kəhf mağarası, Türkün oğlu Əlincə xanın adını daşıyan Əlincə qalası, Çalxanqala, Gəmiqaya, Haçadağ kimi dağlarda həkk olunmuş kitabələr, Naxçıvan ərazisində hələ Miladdan əvvəl oğuz-türk əhalinin yaşaması və arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət sənədləri də daxil olmaqla, Naxçıvanın 5000 illik tarixi dünya alimləri tərəfindən də öz təsdiqini tapmışdır.
Naxçıvan folklor mühitinə məxsus mətnləri toplamaq, təhlil etmək, oradakı adların semantik xüsusiyyətlərini tədqiq etmək, çox aktual və əhəmiyyətli bir işdir. Bu qədim diyarın folklorunu öyrənmək, və araşdırmaq nəinki folklorşünaslığımızın zənginləşməsinə bir töhfə, həmçinin böyük ictimai və siyasi əhəmiyyət kəsb edən bir məsələdir. Bu konteksdə Əkrəm Hüseynzadə “Elm və təhsil” (2016) nəşriyyatında “Naxçıvan folklor mətnlərində yaşayan tarix” əsərini nəşr etdirmişdir. Müəllif Naxçıvan folklor nümunələrini toplamış, onları geniş təhlil etmiş, yaşlı insanlar və folklor biliciləri ilə söhbətlər aparmış, onların yaddaşlarında qalan xalq müdrikliyi, kağıza köçürülmüş nümunələr, habelə audio və video lentlər istifadə edilməklə Naxçıvan fоlklоr mətnlərindəki adlar, оbrazlar və ideyalar Naxçıvanın tarixi ilə, adət və ənənələri, məişəti, həyat tərzi, inancı, habelə təbiəti və cоğrafiyası ilə sıx bağlılığını üzə çıxarmışdır.
Naxçıvanın bəzi folklor nümunələri, xüsusilə Nuh peyğəmbərlə bağlı olan əfsanə və rəvayətlər Şumer folkloru ilə eyniyyət təşkil edirlər. Beləliklə monoqrafiyadan çıxarılan nəticəyə əsasən məlum olur ki, ‘Naxçıvan folklor nümunələri Naxçıvan diyarının zəngin mədəniyyətə və qədim tarixə malik olmasını təsdiq edərək müqəddəs ziyarətgah olan “Əshabı-kəhf”, onunla bağlı Naxçıvan rəvayətləri və oradakı adların semantik təhlili təsdiq edilərək müsəlmanların konstitusional münasibət bəslədikləri Qurani- Kərimdə zikr olunan “Əshabı-kəhf” Naxçıvandadır ayəsinin elmi təsvirini, dünyanın suya qərq olmasının Nuhun tufanı ilə bağlı olan Naxçıvan əfsanə və rəvayətlərinin Şumer əfsanələri ilə üst-üstə düşməsi, insanın yaratdığı elm nöqteyi nəzərindən məlum edir ki, Dədə Qorqud dastanında və “Oğuznamə”də “Kanqlı”, “Qanqlı”, Qanlı” kimi təsvir olunan adlar qədim Şumerlerin özlərini Kəngər adlandırmaları ilə birbaşa əlaqəlidir. Həmçinin, Naxçıvan folklor mətnlərində adı keçən Nəhəcir, Nehrəm, Nəsirvaz toponimləri Nuh peyğəmbərin adı ilə bağlıdır. Naxçıvan toponiminin də Nuhla bağlı olduğu ehtimallarının– “Nuhçıxan” sözü ilə sıx əlaqəli olduğu təsdiqləyərəq, Əcəmi Naxcıvani memarlıq üslubunda ucaldılan möhtəşəm məqbərə - Nuhun qəbri monumentinin məhz Nuh Peyğəmbərin məzarı olmasını elmi dəlillərlə təsdiq edir. O cümlədən, Dədə Qorqud dastanında adı çəkilən yüzə yaxın yer, tayfa adlarının Naxçıvanda və ona yaxın ərazilərdə olması və buradakı adların semantikası bu məkanın qədim türk-Oğuz yurdu, Dədə Qorqud məkanı olduğunu təsdiqləyir. Əkrəmin yazdığı monoqrafiyanın redaktoru filologiya üzrə elmlər doktoru, Seyfəddin Rzasoy, rəyçiləri, tanınmış folklorşünas mərhum Rafiq Babayev, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlının bu haqda yazıları ilə yanaşı atası, böyük alim və prinsipial tənqidçi professor Rüfət Hüseynzadənin “Azərbaycan folklorşünaslığına, o cümlədən Naxçıvan folklorunun öyrənilməsinə” həsr olunmuş bu əsərə təvazökarcasına yazdığı “Ön Söz” əsərin dəyərini yuxarıda yazılanlardan daha yuxarı qaldırır.
Babası “İstiqlal” ordenli, Əməkdar müəllim, dosent Lətif Hüseynzadəyə güc verən nəvə sevgisi idi. O Əkrəmlə nəfəs alır, onunla fəxr edir, birgə yaradıcılıq işləri görürdülər. Lətif Hüseynzadə Əkrəmin ona necə qayğı ilə yanaşmasından bəhs edərək deyirdi: Əkrəm sizə əmanətimdir, məndən sonra əmanətimi qoruyun deyib doluxsunurdu. Lətif müəllimin vəfatından sonra onun yolu ilə gedən Əkrəm daim oxuyur, öyrənir, elmi - tədqiqat işləri ilə məşğul olurdu.

Yazımızı, nakam, geoloq əmisinin adını daşıyan, ailəcanlı, daim üzündə bir gülümsərlik olan Hüseynzadə Əkrəm Rüfət oğlu 8 oktyabr 2024-cü ildə ömrünün 42-ci ilində Naxçıvanda xəstəxanada bu dünyada təmasda olduğu axırıncı adam kimi atası Rüfətə gülümsəyərək cismani olaraq bizi tərk etdi. Naxçıvanda dədə-baba evlərindəki, Əkrəmin balaca ikən, tez-tez qapısını aralayıb oğrun-oğrun boylanaraq babasının necə işləməsini müşahidə edən otaqda yerləşən masanın arxasında tezliklə yeniyetmə Lətif Hüseynzadənin əyləşməsi arzusu ilə, Böyük Lətif Hüseynzadənin İrəvan şəhərində valideynlərinə dərs demiş bu sətirlərin müəllifləri də daxil olmaqla bütün Əkrəmsevənlərə təsəlli yaşadacaq, Azərbaycanın müasir dövrdə nəhəng şairi - Cabir Novruzun İNSANİYYƏTƏ ünvanladığı “Sağlığında qiymət verin insanlara, Sağlığında yaxşı deyin yaxşılara, ....,” təsəlliverici tövsiyəsi ilə bitiririk. Allah rəhmət eləsin, ruhu şad olsun.

Rəfiqə Budaqova
əməkdar jurnalist,
Rauf Cəfərov
Professor
Qərbi Azərbaycan İcmasının üzvləri

Son xəbərlər

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930