
Xəbərlər
26.09.2025, 20:30
27 Sentyabr – Anım Günü münasibətilə məktəbimizdə tədbir keçirildi - FOTOLAR
27 Sentyabr – Anım Günü münasibətilə Şamaxı rayonu Kamil Nəbiyev adına Məlhəm kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirildi.
Bu gün Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi dərin ehtiramla yad olundu. Tədbirdə çıxış edənlər şəhidlərimizin qəhrəmanlığından, Vətən sevgisindən danışdılar. Şagirdlərin ifasında səslənən ədəbi-bədii kompozisiyalar isə tədbirə xüsusi təsir və duyğusal məna qatdı.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların bizə miras qoyduğu azadlığı daim qorumaya söz veririk.
Turaztv.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










