Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş “Anım günü – milli qürur günümüzdür!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca 44 günlük Vətən müharibəsinin başlanğıcını əks etdirən “27 sentyabr – Zəfərin başlanğıcı” adlı film nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev və digər qonaqlar Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yeri olduğunu vurğulayıblar.

Natiqlər qeyd ediblər ki, 27 Sentyabr tarixi təkcə müharibənin başlandığı gün deyil, həm də Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin, əzmkarlığının, birlik və həmrəyliyinin rəmzidir. Çıxışlarda bildirilib ki, Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin şücaəti xalqımızın milli qürur mənbəyinə çevrilib və onların adları daim ehtiramla anılacaq.

Çıxışlarda, həmçinin şəhidlərin göstərdikləri igidliyin gənc nəsillər üçün nümunə olduğu, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə vətənpərvərlik dərsi kimi kimi ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Günay Həsənova və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Qəfər Sadıqov Mahirə Nağıqızının müəllifi olduğu “Salam olsun!” şeirini səsləndiriblər.





Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31