
Xəbərlər
25.09.2025, 16:51
TƏRANƏ MƏFTUN : TƏBRİKLƏR YAĞIR - FOTO
Oğul, qız varlığı səadətdirsə,
Gəlin də bu evin yaraşığıdır.
İnsanı yaşadan məhəbbətdirsə,
Nəvələr solmayan ay işığıdır.
Gəlin ər evinin bir qızı olur,
Eşq tacı, səadət ulduzu olur.
Qayın - qardaş, bacı -baldızı olur,
Könlü eşq ətirli çiçək bağıdır.
Nəvələr bəxş edir gəlin bizlərə,
Səpir sevgisini təzə izlərə.
Həyat bağçasından gül dərə-dərə,
Qəlbindən qəlblərə sevgi dağıdır.
Belə gəlinlərdən biridir Nərmin,
Hər kəsin ən güvən yeridir Nərmin.
Öz yeni yaşını qeyd edir Nərmin,
Ömrünün çiçəkli, gözəl çağıdır.
Qəlbində çağlayan həyat eşqi var,
Ruhunda dirçəliş, bir tərəqqi var.
Ona hər kəs yüz il ömür arzular,
Şəninə ən gözəl təbriklər yağır.
Gəlin də bu evin yaraşığıdır.
İnsanı yaşadan məhəbbətdirsə,
Nəvələr solmayan ay işığıdır.
Gəlin ər evinin bir qızı olur,
Eşq tacı, səadət ulduzu olur.
Qayın - qardaş, bacı -baldızı olur,
Könlü eşq ətirli çiçək bağıdır.
Nəvələr bəxş edir gəlin bizlərə,
Səpir sevgisini təzə izlərə.
Həyat bağçasından gül dərə-dərə,
Qəlbindən qəlblərə sevgi dağıdır.
Belə gəlinlərdən biridir Nərmin,
Hər kəsin ən güvən yeridir Nərmin.
Öz yeni yaşını qeyd edir Nərmin,
Ömrünün çiçəkli, gözəl çağıdır.
Qəlbində çağlayan həyat eşqi var,
Ruhunda dirçəliş, bir tərəqqi var.
Ona hər kəs yüz il ömür arzular,
Şəninə ən gözəl təbriklər yağır.
25.09.2025 12:15 IVgün
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



