Xəbərlər
22.09.2025, 14:26
Hikmət Məlikzadə : Belə ölmək olmur, öl qurtar, gedək - FOTO
Bitib görüş vaxtı, əqrəblər susur,
Saatın üst-başı sudu hələ də.
Nə vaxt əl elədim, qapını örtdün,
Bir tək bacardığın budu hələ də.
Daha qarşındakı güzgüyə az bax,
Bəzən üz ağardır kömür dediyin.
İtib köksündəki bir ovuc eşq də,
Beş-altı sətirdi ömür dediyin.
Bu, necə göz süzmək, naz etməkdi ki,
Günahı adamtək böl, qurtar, gedək.
Ta görüş yerində ayaq izi yox,
Belə ölmək olmur, öl qurtar, gedək.
Saatın üst-başı sudu hələ də.
Nə vaxt əl elədim, qapını örtdün,
Bir tək bacardığın budu hələ də.
Daha qarşındakı güzgüyə az bax,
Bəzən üz ağardır kömür dediyin.
İtib köksündəki bir ovuc eşq də,
Beş-altı sətirdi ömür dediyin.
Bu, necə göz süzmək, naz etməkdi ki,
Günahı adamtək böl, qurtar, gedək.
Ta görüş yerində ayaq izi yox,
Belə ölmək olmur, öl qurtar, gedək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

