
Xəbərlər
29.07.2025, 03:49
HİKMƏT MƏLİKZADƏ : Sənə kim deyib ki, ölmək asandı - FOTO
Hikmət Məlikzadə
Vücudu su ilə söndürmək çətin,
Eşq gözdən başlayır,ayıq ol,adam.
Edam məktubuna qol çəkmir cəllad,
Yelkəni deşilən qayıq ol,adam.
Sevmək vaxtın ötüb,şükr elə tez-tez,
Sən hələ bilmirsən canında nə var.
Dərman əvəzinə günah udursan,
Bəlkə həkim bilər qanında nə var.
İkicə gülləlik atəşdir həyat,
Boş vədlə aldatma başımı, gen dur.
Sözü saqqız kimi çeynəmə yenə,
Tanrı yaxşı bilir yaşımı,gen dur.
İndi sevgi yox ki,dəli olasan,
Göz zina küpüsə,sona da yoxdur.
Qəmi şələləyib üstümə gəlmə,
Mənim də qarşımda on ada yoxdur.
Ərşi toz bürüyür qarşı təpədə,
Bu köçün bir səsi-sədası olmur?!
Sənə kim deyib ki, ölmək asandı,
Əzrayıl qabadı, ədası olmur...
Eşq gözdən başlayır,ayıq ol,adam.
Edam məktubuna qol çəkmir cəllad,
Yelkəni deşilən qayıq ol,adam.
Sevmək vaxtın ötüb,şükr elə tez-tez,
Sən hələ bilmirsən canında nə var.
Dərman əvəzinə günah udursan,
Bəlkə həkim bilər qanında nə var.
İkicə gülləlik atəşdir həyat,
Boş vədlə aldatma başımı, gen dur.
Sözü saqqız kimi çeynəmə yenə,
Tanrı yaxşı bilir yaşımı,gen dur.
İndi sevgi yox ki,dəli olasan,
Göz zina küpüsə,sona da yoxdur.
Qəmi şələləyib üstümə gəlmə,
Mənim də qarşımda on ada yoxdur.
Ərşi toz bürüyür qarşı təpədə,
Bu köçün bir səsi-sədası olmur?!
Sənə kim deyib ki, ölmək asandı,
Əzrayıl qabadı, ədası olmur...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














