Xəbərlər
26.07.2025, 06:59
Milçək ömrü qədər vaxtımız qalıb - FOTO
Hikmət Məlikzadə
Acı öpüş kimi dadsızdı həyat,
Yaxşı ki, bir qucaq baxtımız qalıb.
Nə vaxt qayıdacaq xınalı atlar?
Milçək ömrü qədər vaxtımız qalıb.
Edam ağacına şəkil asıblar,
Hər yoğun kötükdən qəlib çıxmır ki...
O qədər ağladıq, yeri su basdı,
Nuhun gəmisi də gəlib çıxmır ki.
Pirə ip bağladım hamıya baxıb,
Mənim bu din haqda qərəzim ağır.
Allahın səninlə heç biri işi yox,
Vay mənim halıma, tərəzim ağır.
Anama deməyin cəllad tanışdır,
Sözlə qalayacaq təndiri qəfil...
Üçayaq kətil var edam yerində,
Bəlkə sən dartasan kəndiri qəfil?
Yaxşı ki, bir qucaq baxtımız qalıb.
Nə vaxt qayıdacaq xınalı atlar?
Milçək ömrü qədər vaxtımız qalıb.
Edam ağacına şəkil asıblar,
Hər yoğun kötükdən qəlib çıxmır ki...
O qədər ağladıq, yeri su basdı,
Nuhun gəmisi də gəlib çıxmır ki.
Pirə ip bağladım hamıya baxıb,
Mənim bu din haqda qərəzim ağır.
Allahın səninlə heç biri işi yox,
Vay mənim halıma, tərəzim ağır.
Anama deməyin cəllad tanışdır,
Sözlə qalayacaq təndiri qəfil...
Üçayaq kətil var edam yerində,
Bəlkə sən dartasan kəndiri qəfil?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














