
Xəbərlər
25.06.2026, 12:35
VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO
Qapı-qapı fikir gəzir,
Gah barışıb,gah da küsür.
Ruhumda göyün səsidir
Gümana tanış gəlirəm.
Köç eləyir axın-axın,
Mənə uzaq,mənə yaxın.
Uşaq təki oynadığım
Zamana tanış gəlirəm.
Doğulmuşam hansı gündə,
Yad kimi baxır üzümə.
Xəyalın ağlar gözündə
Anama tanış gəlirəm.
Hüzuruna döndüm yorğun,
Sinəsinə baş qoyduğum.
Qolu üstə uyuduğum
Məkana tanış gəlirəm.
Əllərini salıb gedən,
Dərd havası çalıb gedən.
Məni məndən alıb gedən
Tufana tanış gəlirəm...
Gah barışıb,gah da küsür.
Ruhumda göyün səsidir
Gümana tanış gəlirəm.
Köç eləyir axın-axın,
Mənə uzaq,mənə yaxın.
Uşaq təki oynadığım
Zamana tanış gəlirəm.
Doğulmuşam hansı gündə,
Yad kimi baxır üzümə.
Xəyalın ağlar gözündə
Anama tanış gəlirəm.
Hüzuruna döndüm yorğun,
Sinəsinə baş qoyduğum.
Qolu üstə uyuduğum
Məkana tanış gəlirəm.
Əllərini salıb gedən,
Dərd havası çalıb gedən.
Məni məndən alıb gedən
Tufana tanış gəlirəm...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













