Xəbərlər
25.06.2026, 12:16
Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu
Türkiyədə fəaliyyət göstərən məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də çəkildiyi “Daha 17” serialı qısa müddətdə əldə etdiyi uğurlarla diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, serialın son bölümü reytinq göstəricilərində eyni vaxtda yayımlanan DÇ qarşılaşmalarını geridə qoyub.
Məlumata görə, Bodrumda çəkilən və dörd həftədir yayımlanan serial bazar günü axşam ekranlara gələn dördüncü bölümü ilə Belçika-İran və İspaniya-Səudiyyə Ərəbistanı matçlarını reytinqdə qabaqlayıb.
Bütün izləyici kateqoriyalarında birinci yeri tutan “Daha 17” yalnız Avstraliya-Türkiyə görüşü istisna olmaqla, həmin gün yayımlanan digər DÇ oyunlarını da geridə qoyub.
Serial qısa müddətdə rəqəmsal platformalarda da yüksək göstəricilər əldə edib. İlk bölümü üç gün ərzində 10,3 milyon izlənməyə çatarkən, ikinci bölüm rekord sürətlə 10 milyon baxışı keçib. Üçüncü bölüm serialın ən sürətli yüksəliş göstərən layihələrindən biri kimi qeydə alınıb, dördüncü bölüm isə iki gün ərzində 14 milyon baxışı ötüb.
Prodüserliyi Yaşar İrvül və Efe İrvül tərəfindən həyata keçirilən “Daha 17” hazırda “Kanal D”də bazar axşamları yayımlanır və reytinq yarışında iddialı mövqeyini qoruyur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay