XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

25 iyunda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər mövcud siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv təmasların Azərbaycan-Aİ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Bu çərçivədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın cari ildə Azərbaycana həyata keçirdiyi səfərin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlıq gündəliyinin irəli aparılması baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, habelə əldə edilmiş razılıqlar nəzərdən keçirilib.

Nazir müavini Elnur Məmmədov Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyi üzrə son inkişaflar barədə qarşı tərəfi məlumatlandırıb. Sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməsinin, öhdəliklərin vaxtında yerinə yetirilməsinin və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı həmçinin regional və beynəlxalq gündəlikdə yer alan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930