Raqif Nazimoğlu,
Şair-alim


Səmimi deyim ki, imzasına ilk şeirləri ilə hörmət etdiyim şairlərdən biri də
Hikmət Məlikzadədir.


Hələ 1993-cü ildə Hikmət qəzetdə dərc olunan beş-üç şeiri ilə diqqətimi çəkmişdi. Bu şeirlərdəki səmimiyyət, qabarıq-poetik məna, modernçi ənənə hələ o vaxtlar məndə bu gənc haqqında bitkin fikirlər formalaşdırmışdı. İllər ötdü, mən Hikmətin ayrı-ayrı janrda şeirlərini oxudum və qənaətim belə oldu: Mən onun haqqında yanılmamışam. O vaxtlar şeirləri barədə nə demişəmsə, bu gün də eyni fikirdəyəm, hətta daha artıq fikirdəyəm...
Allah Hikmət Məlikzadəyə, mən deyərdim, Xaqani, Nəsimi, Seyid Əzim, Sabir, Hadi və Abbas Səhhətin şeir xəzinəsindən söz zinətləri verib. O, bu zinətlər hesabına bir şeirdə diqqətimizi bəlkə də on mənaya çəkir. Düşünür, təsirlənir və ədəbi nəticə çıxarırıq.


Fikirlərimi təsdiq etmək üçün Hikmətin Hikmət dünyasına səyahət edək:
Qəmin sevdaları zədədi, adam,
Əcəl söz tapmayan vəkilə oxşar...
Daşında iki ad cızdığın ömür
Ağ-qara düşdüyün şəkilə oxşar.
***
İçimin səs-küyü başıma vurub,
Yenə qoşqudakı atlar qocadı.
Sığal da ovutmur canımı daha,
Boş ver, sinəmdəki çatlar “qocadı”.
***
Biz nə vaxt sevdik ki, ayrılaq da, qız?
Şəhvət acıları ürəyə yükdü...
Gəl, qəmə bu qədər bel bağlamayaq,
Qəm qoca adamtək kürəyə yükdü.
***
Allaha baxmağa üzün yoxdusa,
Əllər boş badədi, ha qaldır, düşürt…
Nə üzlə gəlirsən qapıma indi?
Sevgi bir tabutdu, ya qaldır, düşürt.
***
Beş gündü köçmüşəm tindəki evə,
Küçədə bir it var, ulayır elə...
Rəssama dedim ki, şəklimi çəksin,
Gördüm ki, kağızı bulayır elə…
***
Günah ağacında nə çox zülüm var,
Saatı axşamdan bur, səsi gəlir.
Kimə güvənək ki, son saatlardı,
Bir də görəcəyik sur səsi gəlir.
***
Bilet tapmadığım qatarlar dönməz,
Dünya gözlərimdə tük olar qəfil.
Daşla çox oynadım, ancaq bilmədim,
Nə vaxtsa üstümdə yük olar qəfil.


Bu parçalarda fikir qatı çox mürəkkəb – dərin situasiyalıdır. Hikmət bu şeirlərdə sadə sözlərlə modern ruh qurur, oxucuda təəccüb doğuran təfərrüatlara varır. Məsələn, onun “Allaha baxmağa üzün yoxdusa, Əllər boş badədi, ha qaldır, üşürt… Nə üzlə gəlirsən qapıma indi? Sevgi bir tabutdu, ya qaldır, düşürt” fikrində dolayısı ilə neçə-neçə mətləbə poetik işarə var. Hikmət bu və bu kimi labirint xarakterli hislərlə ruhumuzda xoş – dəli-çılğın ovqat yaradır, bizi gah düşündürür, gah da dediyi fikrin içində azdırır, ancaq çıxış yolu da qoyur…
Nə deyim, mən sadəcə, Hikmətin şeirə az vaxt ayırmasına təəssüf edirəm.

Mən əvvəlki illərdə də demişəm, indi də deyirəm, (bunu özünə də dəfələrlə demişəm,) təəssüf ki, Hikmət Məlikzadə məhsuldar deyil, yəni dediyim kimi, poeziyaya çox az vaxt ayırır. Anlayıram, Hikmət vaxtının çoxunu sosial rifaha həsr edir; yəni çörək pulu qazanmaq üçün jurnalistikada külüng çalır. Bəllidir ki, jurnalistika da şairi ədəbi səmtlətdən uzaq salır. Hikmət Məlikzadənin isə ədəbiyyatdan, xüsusən də poeziyadan kənarda qalması heç də yaxşı hal deyil.
Hikmətin Hikmət dünyasından daha bir neçə mənaya diqqət çəkmək istəyirəm:
Həyat tənlik qədər yorucudur ki,
Mən düz əlli ildi vurub-çıxıram.
Üç dənə tuz vermir kart şoğərib də,
Pulumu udurlar, durub çıxıram.
***
Edam kötüyünün üstünə çıxıb
Cəlladı güdürəm ayıq göz ilə.
Küləkdi, limandı, bir də ki, mənəm,
Nə kiçik görünür qayıq, göz ilə.
***
...Namaz qıla-qıla günaha batmaq
Şeytanın verdiyi qayıbdı, bala.
Hikmət neçə vaxtdı Allahdan küsüb,
Bir deyən yoxdu ki, ayıbdı, bala...
***
Mən sənə demişdim, köç gələn vaxtı,
Tabut basdırdığım çəpərə baxma...
Hər tora bir qadın, bir günah düşür,
Daha dizimdəki təpərə baxma.
***
Soyuyub uşağa həsrət qucaqlar,
Kimdi, gəlib deyir: - Adını unut?
Bu qız kökdən düşüb piano kimi,
Sən o uzaqdakı qadını unut...
***
Şeytan adam kimi təsbeh çevirir,
Gəl, indi adamtək zarı fikirli...
Ürəyim çatlayıb gülöyşə nartək,
Mən yarı oyağam, yarı fikirli.
***
Əcəl ikibaşlı yol kimi sərtdi,
Gör neçə pəri var şamın üstündə.
Bilmirik şeytandı, yoxsa əzrayıl, -
İki quş oturub damın üstündə.
***
Matəm libası var neçə əyində,
Sözün tabutu yox, təbin kağızı...
Nə vaxt imza atdıq bu eşqə, nə vaxt,
Nədən yad əldədi kəbin kağızı?


Bu şeirlərdə də fikir şüurüstü kod vasitəsilə açılır. Hikmətin dediyi, əslində isə demək istədikləri min illərlə əvvəldən qaynaq götürür, min illərlə sonraya diqqət çəkir. Biz ola bilsin, bəzən, - əşi, yazıb da, adi fikirlərdir, - deyib keçə bilərik, ancaq əmin olmalıyıq ki, Hikmət boş yerə söz demir, onun hər şeirində dünən, bu gün və sabah üçün mütləq bir məna kəsbi var. Dəqiq çözə bilsək, dürüst poetik anlam verə bilsək, bəlli ki, çox mətləblərin üstünü açmış olarıq. Məsələn, “Matəm libası var neçə əyində, Sözün tabutu yox, təbin kağızı... Nə vaxt imza atdıq bu eşqə, nə vaxt, Nədən yad əldədi kəbin kağızı?” fikrində dərin izah, qabarıq təəssürat var. Gəl, indi yoz, çöz gərüm, şair nə demək istəyir, diqqətimizi hansı məcralara çəkir, bizi hansı dövrün təlatümləri ilə üz-üzə qoyur… Əlbəttə, bu misraları dərhal oxuyub nəsə yaza, deyə bilərik. Ancaq sonra anlaşılacaq ki, Hikmətin eyham vurduğu əslində, bu deyil, tamam başqa qənaətdir və s.
Hikmətdən bir neçə fikrə də rəng qataq:
Yaltaq nə bilir ki, təmənna nədir,
İçində nəyi var, qırağa tökər...
Qəmə nöyüt vursan can buna dözməz,
Yetən öz günahın çırağa tökər.
***
Düsturla yozuram yuxumu indi,
Neynim, inamım yox ələmə, daha.
Qayıt, köksündəki əmanəti ver,
Ta axsaq xəyaltək mələmə daha.
Eşq yastıq deyil ki, söykənim hərdən,
O köhnə baxışın “sapını” açma...
Şeytan mənim qədər həyalı deyil,
Sən hər tıqqıltıya qapını açma.
***
Sevda qarğışı da duadı sanki,
Sənə nə verəcək xoş xəyallar, get.
Eh, pulum yoxdu ki, meraca çıxım,
Kəbinsiz qadındı boş xəyallar, get.
***
Sabah ad günüdü sevdiyim qızın,
Təbrikə gedirəm kəndə, piyada.
Yenə əvvəlkitək cib boş, üz qara,
Yenə pul atlıdı, mən də piyada
.

Mən Hikmətdən bu və ya bu kimi yüzlərlə nümunə gətirə bilərəm. Məsələ isə bu yazıda sitatlara və təhlilə daha çox yer vermək deyil, əslində isə bu yazıda məqsəd Hikmətin Hikmət dünyasının qapısını açmaqdır.

Bir şeyə də təəssüf edirəm ki, Hikmətin Hikmət dünyasının qonağı çox azdır. Niyə? Hansı səbəbdən? Bu azlıq Hikmətin özünə və şeirlərinə biganəlikdən irəli gəlir. Bu, tam mənada belədir. Çünki Hikmətin nə bir dürüst vəzifəsi, şanı-şöhrəti yoxdur, nə də əməlli bir maddi imkanı. Əminəm ki, hazırkı vaxtda - maddiyyatın böyük önəm daşıdığı məqamda Hikmətin də karlı – tutarlı halı, vəziyyəti olsa, o da təbliğat maşınına atılar, poeziyasının içindən çox fəlsəfi-mistik dəyərlər aşkarlanar.
Ancaq narahat da deyiləm, çünki bu istedadı, bu qabiliyyəti Hikmətə Allah verib, demək ki, Allah Hikmət üçün də nə vaxtsa parlayacaq bir vaxt ayırıb. Bu, şəksiz-şübhəsizdir.
Sənə yaradıcılıq uğurları arzu edirəm, Hikmət! İnanıram ki, bir gün sən də Xaqani, Nəsimi, Seyid Əzim, Sabir, Hadi, Abbas Səhhət... kimi xalq yaddaşında qalacaqsan, poeziyamız sənin ədəbi xəzinəndən çox şey götürəcək və əxz edəcək.

Hikmətin Hikmət dünyasına səyahət - FOTO

Son xəbərlər

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930