
Xəbərlər
19.07.2025, 01:10
SEVİNC YUNUSLU : Qayğılardan lap uzaq - FOTO
Gəl əlimdən tut gedək
Vurğunun oylağına,
Aveyin yaylağına,
Vaqifin doğulduğu,
Vidadinin öldüyü,
Sarıvəlli Osmanın
Çiçəklərə güldüyü,
Elə həmin torpağa..
Damcılının daşında,
Göyəzənin başında,
Top Allahı yurdunda
Ulayan boz Qurdun da-
Səsinə qonaq olaq.
Gəl əlimdən tut gedək
Xəritənin sonuna,
Eşqin ən pik həddinə,
erməniylə üz- üzə,
Gürcüstan sərhəddinə..
Sən istəyən söz, sənət,
Pirdi, qalaq-qalaqdı..
Burda , “ Ayrılan yollar”
birdi, varaq-varaqdı..
İnan, suların dadı,
Yosunların ətri var,
Burda “Ölən dünyam”ın
yaşayan bir xətri var..
Gedək e, çıxıb gedək
Dəli Kür qırağının əcəb seyrəngahına,
Babaların nərəsi, düşmənin min ahına..
Azərbaycandan çıxan sonuncu ana yolda-
Kürlə Xram çayının sevişdiyi o qolda,
Bir ocağın başında başını dizimə qoy…
Qayğılardan lap uzaq,
İnan , inan, inan ki,
Elə gözəldir Qazax..
Ulduzların səsində,
Suların nəfəsində,
Ananın laylasında-
Bağrımın lap başında
Bircə gecə rahat yat…
Heç nə düşünmə, dinmə..
Qalanı təfərrüat!..
Vurğunun oylağına,
Aveyin yaylağına,
Vaqifin doğulduğu,
Vidadinin öldüyü,
Sarıvəlli Osmanın
Çiçəklərə güldüyü,
Elə həmin torpağa..
Damcılının daşında,
Göyəzənin başında,
Top Allahı yurdunda
Ulayan boz Qurdun da-
Səsinə qonaq olaq.
Gəl əlimdən tut gedək
Xəritənin sonuna,
Eşqin ən pik həddinə,
erməniylə üz- üzə,
Gürcüstan sərhəddinə..
Sən istəyən söz, sənət,
Pirdi, qalaq-qalaqdı..
Burda , “ Ayrılan yollar”
birdi, varaq-varaqdı..
İnan, suların dadı,
Yosunların ətri var,
Burda “Ölən dünyam”ın
yaşayan bir xətri var..
Gedək e, çıxıb gedək
Dəli Kür qırağının əcəb seyrəngahına,
Babaların nərəsi, düşmənin min ahına..
Azərbaycandan çıxan sonuncu ana yolda-
Kürlə Xram çayının sevişdiyi o qolda,
Bir ocağın başında başını dizimə qoy…
Qayğılardan lap uzaq,
İnan , inan, inan ki,
Elə gözəldir Qazax..
Ulduzların səsində,
Suların nəfəsində,
Ananın laylasında-
Bağrımın lap başında
Bircə gecə rahat yat…
Heç nə düşünmə, dinmə..
Qalanı təfərrüat!..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


