Meksika hökuməti 2026-cı il büdcə təklifinə zorakılıq ehtiva edən videooyunları vergiyə cəlb edib. Bu vəsait onların həddindən artıq istifadəsi ilə bağlı psixi pozuntuların müalicəsini maliyyələşdirmək üçün istifadə olunacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, hökumətin hesablamalarına görə, bu tədbir sayəsində gələn il təxminən 10 milyon dollar gəlir əldə ediləcək.

Meksika Maliyyə Nazirliyi bildirib ki, hökumət sağlamlıq siyasətinin bir hissəsi kimi zorakılıq ehtiva edən videooyunlara vergi tətbiq etməyi və onlardan istifadə ilə bağlı xəstəliklərin müalicəsini maliyyələşdirməyi planlaşdırır. Nazir Edqar Amador vurğulayıb ki, bazar ertəsi təqdim edilən 2026-cı ilin büdcə təklifinə daxil olan tədbir tütün və şəkərli içkilərə xüsusi vergilərin tətbiqi ilə paralel gedir.

O, mətbuat konfransında deyib ki, yeni vergilər “vergi siyasətinin deyil, sağlamlıq və təhlükəsizlik siyasətinin bir hissəsidir”. Maliyyə Nazirliyi videooyunların hansı meyarlara görə vergiyə cəlb ediləcəyini açıqlamayıb, lakin vergi dərəcəsinin 8% olacağını bildirib ki, bunun nəticəsində də 2026-cı ildə 183 milyon peso (9,8 milyon dollar) vəsait yığılacağı gözlənilir.

Nazirlik büdcə təklifində qeyd edib ki, son araşdırmalara görə, “zorakı məzmunlu videooyunlardan istifadə ilə yeniyetmələrdə aqressivliyin artması, habelə təcrid və narahatlıq kimi mənfi sosial və psixoloji nəticələr arasında əlaqə var”. Maliyyə nazirinin müavini Karlos Lerma bildirib ki, bu patologiyalar insanlara “iqtisadi potensialının çox erkən mərhələsində” təsir edir, onların inkişaf imkanlarını azaldır və səhiyyə sistemləri üçün əhəmiyyətli yük yaradır.

Büdcə təklifi noyabrın 15-dək Konqresdə müzakirə edilməli və təsdiqlənməlidir.

Son xəbərlər

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930