YÜZ KİŞİDƏN ÖTKƏMLİ XANIM

Qəbələdə yaşayıb-yaradan şair Şəhla Bayramovanın Mövlud gününə

QADIN KİMDİR?


Böyük diktator Fironun qarşısında cəsarətlə ayaq üstə duran ilk kəs kişi deyil, qadın olmuşdur. O, Asiyə xanım idi.
Məkkə və Kəbə evini abad edən ilk kəs kişi deyil, bir qadın idi. O, Hacər xanım idi.
Yer üzündə ən bərəkətli suyun - Zəmzəmin dadına baxan ilk kəs kişi deyil, qadın idi. O, Hacər idi.
Məhəmməd Peyğəmbərə ilk iman gətirən də kişi deyil, qadın olmuşdur. O, Xədicə xanım idi.
İslam üçün qanını axıdan və şəhid olan ilk kəs kişi deyil, qadın olmuşdur. O, Süməyyə xanım idi. Əmmar Yasirin anası.
İslam yolundan mal-mülkünü fəda edən ilk kəs kişi deyil, qadın olmuşdur. O, Xədicə xanım idi.
Birinci kəs ki, Allah onun sözlərini eşitdiyini Quranda buyurmuşdur - kişi deyil, qadın olmuşdur. (Mücadilə surəsi, 1)
Səfa və Mərvə arasında səy edən (həccin əməllərindən biridir) ilk şəxs kişi deyil, qadın olmuşdur. O, Hacər xanım idi. İndi milyonlarla hacı həmin qadının etdiyi hərəkəti yerinə yetirməlidirlər. Əks təqdirdə, həcləri batildir.
Biz bu siyahını uzada bilərik. Lakin bununla kifayətlənirik. Demək istəyirik ki, qadın bir iftixardır. Əgər öz qədrini bilsə...

AİLƏSİ VƏ ƏZİZLƏRİ ÜÇÜN DOĞMA OLAN XANIM

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmət göstəriblər.
Allah qadına böyük dəyər verib. Məhəmməd Peyğəmbər (s.a.s) deyib: “Övladlarınız arasında oğlanla qıza fərq qoymayın. Fərq qoymaq lazım olsaydı, mən qızları seçərdim”.
İnsanlar müxtəlif olduğu kimi, onların fikirləri də fərqlidir. Qadın əslində bir uşaqdır - uşaq kimi rəftar etməyi sevər, lakin sözlərinin diqqətə alınmasını istər. Qadın gücdür, lakin o gücünü hər zaman nümayiş etdirməyi sevməz. Qadın sevgidir - çətin sevər, amma tam mənasıyla sevər. Qadın dünyadır - o dünyaya hər kəs girə bilməz. Qadın müdrikdir - xəyal edə bilmədiyiniz nələr edər o. Qadın həyatdır, çünki həyat onunla gözəldir. Qadın həyatı, yaşamı bizə bəxş edən ən gözəl, ən müqəddəs varlıq, zərif çiyinlərində çox zaman ağır yük daşıyan, cəmiyyətə yararlı övladlar böyüdən, pis-yaxşı gününə şükr edən, öz namusunu başqaları üçün deyil, özü üçün qoruyub saxlayan, evini cənnətə çevirən anadır, bacıdır. Qadın cənnətdir, qadın iffətdir, qadın anadır. Qadın Peyğəmbəri (s.a.s) dünyaya gətirəndir.
Haqqında söz açdığım Şəhla Xəlilqızı Bayramova da bir ana, qadın, xanım kimi ailəsi, doğmaları, əzizləri, dostları üçün sevimlidir, dəyərlidir. Müqəddiməni elə belə verməmişəm. Elə bil sadalanan o keyfiyyətlər məhz Şəhla xanımın daxilinin cizgiləridir.

Tək Qadın Anadır, Ana Müqəddəs,
Ana məhəbbəti heç vaxt bitməz,
Ana-bacısına hörmət edən kəs,
Namuslu qadına heç vaxt ilişməz.

… Qadın dediyin - Anadır! Bəşəriyyətə övlad bəxş edən ana… Övladlarının yaraşıqlısı-çirkini var, ağıllısı-dəlisi var, sakiti- dəcəli var… Amma Ana üçün fərqi yoxdur.
… Qadın dediyin - Anadır! Babalar demiş, kirpiyi ilə od götürüb, yuxusuz gecələrində bezməyən, balasını canı ilə, qanı ilə bəsləyən Ana… Bunu başa düşən və başa düşməyən, qiymətləndirən və qiymətləndirməyən balalar var… Amma Ana üçün fərqi yoxdur.
… Qadın dediyin - Anadır! Özünü balasına qurban edən, balasını isə Vətəninə qurban verməyi bacaran Ana…
Şəhla xanım ailədə sədaqətli, qədirbilən həyat yoldaşıdır, vəfalı Anadır, qohumları, tanışları üçün qayğıkeş bacıdır. Elə bil şairimiz də bu bəndi onu nəzərdə tutub bütün qadınları vəsf edib:

Qadınlar anadı, bacıdı, yardı…
Adı da, özü də bizə müqəddəs,
Onlarsız bu həyat, necə olardı?
Ey məni dünyaya gətirən qadın,
İlk sənin adını söylədiyimçün,
Dilimdən bir ömür düşməyir adın…
Anasız sevinməz ürəklərimiz,
O bizi həyata gətirib,demək,
Qadın hesabına yaşayırıq biz …

Məhəmməd Peyğəmbər (s.a.s) buyurur: “Kişinin Allahdan qorxmaqdan sonra görə biləcəyi ən böyük xeyir - əməlisaleh qadındır”. Şəhla Bayramova timsallı qadınlar xanım adına layiq, hər zaman diqqət mərkəzində olmağa can atan, nadir hallarda zəifliyini bildirən, çox zaman qayğıkeş, çox zamansa qayğılı olan, həyatın hər anlamında doyunca yaşamaq hissilə alışsa da, əlində olanlarla kifayətlənirmiş kimi görünən uca varlıqlardır. Şəhla xanımla söhbətlərimiz zamanı hiss etmişəm ki, o, möcüzəli, sirli bir xəzinədir. Sevən ürəyin həzin nəğməsi, görən gözün nurudur. O həm dostdur, həm də sədaqət və etibar simvoludur. İçində azadlıq alovu yanan, sevilməyi, sevməyi, əzizlənməyi, qiymətləndirilməyi gözləyən incə bir xanımdır Şəhla xanım.
O, sadə bir insandır. Yorulmadan həm evi, həm də cəmiyyətdəki mövqeyini idarə edə bilir. Şəhla xanım dərd ortağı, dar günün yoldaşı, dostunun ən yaxşı sirdaşı, arxa-dayağıdır. Şair Tofiq Bayram da öz şeirində belə deyib:

Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O əsil qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daim üzünüz gülsün, əziz Qadınlar!

ŞƏHLA XANIMI DÜŞÜNƏRKƏN…

… Qadın olmaq günəş olmaqdır, işıq gətirməkdir.
… Qadın gələcək. Özü ilə bərabər kədərini gətirəcək, amma sevinc bəxş edəcək, ümidsizliyini gətirəcək, amma ümid olacaq, çarəsizliyini gətirəcək, amma çarə olacaq.
… Qadın gələcək. İşıq olacaq, həyat eşqini, yaşama sevincini artıracaq, gözündə ən mənasız bildiyin dəyərlərə dəyər qatacaq. Yalnız insanın deyil ki, həyatın, dünyanın, yaşamın ehtiyacı var qadına. Misralar nə qədər gözəl olur-olsun, qadın deyilmi, o şeirləri yazdıran,onun varlığı deyilmi,cansız misralara nəfəs qatan?!
… Ana deyilmi, insana ən doğma söz dünyada… Gözün ilk gördüyü, qəlbin ilk sevdiyi qadın. Yanında böyüdüyün, yanında "balacalaşa bildiyin”. Bir ananın güclü olduğu qədər güclü biri varmı?! Bəlkə də gücün meyarı başqa olmalıydı, ən güclü varlıq anadan başlamalıydı. Hüseyn Arifin "Analar" şeirində deyildiyi kimi:

Torpağım anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar.

Həyatı boyunca nələrsə axtarır insan... Bir gözəllik olsun istəyir. Sanki bütün çətinliklərə baxmayaraq, bir "sığınacaq" olsa, hər şey yoluna düşəcək, bir qayğı olsa, bütün problemlər həllini tapacaq, heç bitməz dediyin dərdlər unudulacaq. Sanki o sığınacaq olsa, kədəri belə sevəcəksən. Bir qadındır o sığınacaq. Qadın anadır, qadın dostdur, bacıdır, qadın sevgidir, istəkdir…
"Qadının yaxşısı qədər yaxşı, pisi qədər pis varlıq yoxdur" deyib Evripid. Pis olmağı insan planlaşdırmır. Uşaqlıq xəyallarında kimsə "mən böyüyüb pis insan olacam" demir. Həyat insanı çox imtahanlara çəkər. Deyirlər: "Zamanın silsilə sınaqları adamı ya adam edər, ya nadan”.
Mən də bu sətirləri yazarkən, fikirləri beynimdən keçirərkən sevimli Şəhla xanımı gözlərim qarşısına gətirdim, onun əzablarını, əziyyətlərini hesabladım. Şəhla xanım 100 kişiyə bərabər xanımdır. Kişilər məndən inciməsinlər, dostluq edərkən, yoldaşlıq münasibəti qurarkən, bu xanımı gözə alsınlar, ondan nümunə götürsünlər.

Ömürə zinət verən, sədaqət quran,
Kişinin ürəyini nurla dolduran.
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.


Güldürsən ömürlük səadətindir,
Söndürsən, yandırmaq bir də cətindir.
O, əsl qayğının məhəbbətidir,
Sevgisiz zindandır qadın ürəyi.


Onunla dünyadır sənə qəfəs də!
Onsuz hec yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəs də,
Ən gözəl dərmandır qadın ürəyi.

XOŞ GÜNÜN TƏƏSSÜRATI…

… Payızın son çağlarıdır. Güclü yağış yağır. Axşam çağıdır, hava artıq qaralmağa dogru gedir.Şəhla çiynində şərf köhnə evin dəhlizində oturub, gözlərini navalçadan süzən yağış damcılarına zilləyib. Dərin xatirələrə dalmış Şəhlanın sanki ruhu bədənindən ayrılıb, həmin xatirələrin ardı ilə uzun illərin səhifələrini vərəqləyir. Damdan süzən yağış onun ayaqları altında kiçik gölməçə yaradıb. Ancaq o, nə damcı səsini eşidir, nə də ayaqları altındakı soyuq suyu hiss edir. Xatirələri onu əvvəllərə, onun gənclik illərinə aparıb.
- O, yenicə orta məktəbi qurtarmışdı və bunun sevincini yaşayırdı. İki gün idi ki, Qəbələ rayonunun kəndlərindən birinə, qohumları evinə qonaq getmişdi. Ailəsi ilə hələ bir neçə gündə burada qalası idilər. Yayın gözəl günlərində hələ gəzməli, görməli o qədər yer var idi ki... Şəhla səhər tezdən qızlarla birlikdə bulaqdan su gətirməyə getmişdi. O, gah çiçəklərdən dərir, gah da uçan kəpənəklərin ardı ilə qaçırdı. Getdikcə qızlardan uzaqlaşır, qayaların arxasına keçir, kəpənəyi tutmağa çalışırdı. Qızlar onu çağırır:
- Şəhla, gəl evə qayıdırıq. Analarımız bizi gözləyir axı!
- Siz gedin! Mən bir azdan gələrəm…
Atası Xəlil kişi eşitdiyimə görə məşhur çoban olub. İndi çoban qızının çöldə qalması elə də dərd deyildi. Dostları bunu bildikləri üçün ona üz vurmadılar. Dedilər, qoy bir az təbiətin qoynunda qalsın, ruhu sakitləşsin, dincəlsin.
Qəfildən üzünü dostlarına tutaraq: - Əziz qızlar, bura yığışmağımızın səbəbi hər birimizə məlumdur. Sizə demək istədiyim odur ki, sizlər də özünüzü bu sevincdən məhrum etməyin. Onsuz da boş vaxtınız çoxdur. Belə fürsət ələ düşməz. Gəlin bir az qalaq. Gəzək, eynimiz açılsın.
Və Şəhla inadkarlığından əl çəkmədi. Nə özü, nə də qızlar evə getdilər… Xoş bir gün yaşadılar o gün…

ANA OLMAQ ƏSGƏR OLMAQ DEMƏKDİR...

Mənim bunları danışmaqla bir qadının – Şəhla Xəlil qızı Bayramovanın fədakarlığını göstərmək istədim. Şəhla xanım yaradıcı bir qadındır. Ötən il kitabı haqqında fikirlərimi yazmışdım. Bu dəfə isə istədim fərqli bir yazı olsun.
Şəhla xanım kimi qadın olmaq gözəl olmaq deyil, o gözəlliyə ağıl qata bilməkdir: “Onun fikrincə, qadın olmaq özü üçün yaşamaq deyil,övladı üçün nəyəsə sahib olmaqdır. Qadın çox böyük məsuliyyəti özündə daşımağı bacarmalıdır. Bu məsuliyyətdən bezməyərək daha da artıq məsuliyyəti götürə bilməlidir. Hər bir qadın qızının güclü deyil, xoşbəxt qadın olmağını istər”.
Ş.Bayramova bir qadın kimi əzmlidir, yıxılmazdır.O, qaranlıq bir tunelin sonunda işiq olmadığını bilə-bilə bu tunellə getməkdən qorxmaz . Həyatın bizə verdiyi qabiliyyətləri, bacarıqları istifadə edə bilir. Həyat bu yola çıxarkən yeni həyəcanlarla, yeni həvəslə, özünü kəşf etməyə başlamanın vermiş olduğu həzz ilə yaşadır onu…
Bir də bu həyatın qadınlara verdiyi əvəzsiz hədiyyə var - “Ana” olmaq. Deyilənə görə bu hissə bərabər hiss yoxdur. Ana olmaq ümid etmək, əsla imtina etməmək, hesabsızca sevmək, neçə yaşı olursa-olsun, övladının ac olmadığından əmin olmaq istəməkdir. Ana olmaq imtahan qapılarında gözləmək, yenidən şagird olmaq, yeri gəldiyində əsgər olmaq deməkdir... Ana olmaq qadın olmaq deməkdir... Qadın olmaq o biri düynanı qazanmaq deməkdir.”Cənnət anaların ayaqları altındadır” fikrini doğrultmaqdır.

XÜLASƏ...

…Bir qadın həyatdır əslində. Yemək yemək, su içmək belə bir qadınla dəyişir.
… Bir qadının əlindən içdiyiniz suyla özünüz içdiyiniz su arasında fərqi başa düşə bilirsiniz? Başa düşə bilirsinizsə, nə əla...
Başa düşmürsünüzsə nə yazıq ki yaşamırsınız....
Və sonda. Bu yaxınlarda Şəhla xanımın Mövlud günü gəlir. Bu yazını hörmətli xanımın doğum gününə bir hədiyyə edirəm. Pandemiya dövründə gediş-gəliş mümkünsüz olduğu üçün elə bu yazını virtual olaraq dostuma hədiyyə edirəm.
Mövlud gününüz mübarək olsun, Şəhla xanım.

Dərin ehtiram və hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU


YÜZ KİŞİDƏN ÖTKƏMLİ XANIM
YÜZ KİŞİDƏN ÖTKƏMLİ XANIM

Son xəbərlər

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Binədə mağaza yanıb

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

ABŞ onlara viza vermədi

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930