Xəbərlər
3.09.2025, 00:07
Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin əhəmiyyəti müzakirə edildi
Gürcüstanın baş naziri İrakli Kobaxidze BP-nin Gürcüstan, Azərbaycan və Türkiyə üzrə regional prezidenti Qeri Consla görüşüb.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, görüşdə BP ilə Gürcüstan arasında uzunmüddətli uğurlu əməkdaşlıq, tərəfdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunub. Bildirilib ki, BP ölkənin ən böyük investorlarından biridir.
Tərəflər həmçinin BP-nin Gürcüstandakı layihələrini, o cümlədən ölkədən keçən üç əsas neft və qaz tranzit boru kəmərini, həmçinin Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin əhəmiyyətini müzakirə ediblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay