Xəbərlər
20.08.2025, 03:27
QIZBƏS QƏBƏLƏ : MÖCÜZƏLƏR AXTARIŞINDA - FOTO
Dünya başdan başa sirdi-sehrdi,
Niyə bəs xəbərsiz, az halıyam mən.
Görüb, eşitdiyim möcüzələrdən,
Gör hələ nə qədər yazmalıyam mən.
Dənizlər, ümmanlar müəmma dolu,
Bu dağlar, dərələr, düzlər möcüzə.
Cahanın elmini ağılalmayır,
Min naxış gətirir bu ömrümüzə.
Yazıram, yazıram bitib-tükənmir,
İlahi yaradıb gör nələr-nələr...
Yerin sinəsində bir möcüzədir,
Yerə həyat verən yaşıl meşələr.
Bilmirəm bu ömrüm yetərmi mənim,
Yazım yerin, göyün möcüzəsindən?
Könlüm dayanmadan qoy ilham alsın,
Bu gözəl anamız Yer kürəsindən.
Niyə bəs xəbərsiz, az halıyam mən.
Görüb, eşitdiyim möcüzələrdən,
Gör hələ nə qədər yazmalıyam mən.
Dənizlər, ümmanlar müəmma dolu,
Bu dağlar, dərələr, düzlər möcüzə.
Cahanın elmini ağılalmayır,
Min naxış gətirir bu ömrümüzə.
Yazıram, yazıram bitib-tükənmir,
İlahi yaradıb gör nələr-nələr...
Yerin sinəsində bir möcüzədir,
Yerə həyat verən yaşıl meşələr.
Bilmirəm bu ömrüm yetərmi mənim,
Yazım yerin, göyün möcüzəsindən?
Könlüm dayanmadan qoy ilham alsın,
Bu gözəl anamız Yer kürəsindən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












