QƏLBİMİZ DÖYÜNÜR SEVGİ RUHUNDA


Çoxdandır görmürdüm o gül çöhrəni,
Nə yaxşı rast gəldim şəklinə sənin.
Əlində çiçəklər, gözündə işıq,
Ən gözəl gülüsən əlvan gülşənin.

Neçə il əvvələ döndüm anidən,
Onda hər ikimiz hələ gənc idik.
Ruhumuz bir idi, duyğumuz eyni,
"Nə yaxşı həyatda rastlaşdıq."-dedik.

Biz necə yaxındıq doğmalar kimi,
Elə bil çoxdanın rəfiqəsiydik.
Gülüb, danışırdıq gözəl, səmimi,
Sanki sözlə ruhun əlaqəsiydik.

Döyünən qəlbinin hakimi eşqdi,
Duyğusal könlünün sevgisi - dəniz.
Hər kəlmən bir şeir abu havalı,
Hər şeir ürəyə düşən dərin iz.

Çoxluğun içində tənhalaşaraq,
Saldıq mehrimizi bir - birimizə.
Bu görüş çıxaraq adiliyindən,
Dünyada əvəzsiz şans oldu bizə.

Bəzən illər ilə görüşməsək də,
Qəlbimiz döyünür sevgi ruhunda.
Sözə əsir olan ürəklərimiz,
Yanır pərvanətək bu eşq odunda
.


05.08.2025 13:05 II gün TƏRANƏ MƏFTUN
AYB və Turan Yazarlar Birliyinin üzvü

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031