Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
(Azərbaycan Bayrağı Ordenli, igid döyüşçü, cəsur kəşfiyyatçı, Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Zöhrabbəyova və onun fədakar qadını Qarabağ Müharibə Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə Rayon Şöbəsinin Sədri Etibar xanıma həsr olunur)
Bir qadın dayanıb məzar başında,
Bir şəhid vüqarla baxır üzünə.
Məhəbbət tökülür baxışlarından,
Bir heykəl qurulub eşqin özünə.

Onsuz keçirdiyi bu neçə illər,
İlişib qalıbdır kiprik , başında.
Məzara gül çiçək əkib övladı,
Ürəyi qocalıb cavan yaşında.

Ömür- gün yoldaşın baxır şəkildən,
Sənin gözlərində görür özünü.
Budur baş leytenant, cəsur komandir,
Sevir gözlərində olan dözümü.

Hər insan ömrünün yükünü çəkər,
Neçə ömürlərdən keçdin komandir.
Vətən torpağında cəsarətinlə
Şəhadət şərbətin içdin komandir.

İgid oğullarla çiyin- çiyinə,
Yağı, düşmənlərin əzdin başını.
Son nəfəsə qədər vuruşan igid,
Vətən qədər sevdin Vətən daşını.

Sevgisi müqəddəs, ümid içində,
Bir qadın yolunu gözlədi sənin.
Bir qadın, bir ana Etibar xanım,
Şəhid, mərd qızıdır ana Vətənin.

Ağdərə yolları daşmı, kəsəkmi,
Ölümsüz qəhrəman heç unudulmaz.
Gələn nəsillərdir aldı qanını,
Şəhidlər ölməzdir, qan yerdə qalmaz.

Sevgisi çox uca, adı kimi mərd,
Həyat yoldaşının qəlbindəsən sən.
Sərhədin sevdiyi möhtəşəm qadın
Nə qədər yaralı qəlbə məlhəmsən.

Daşı da göyərdər şəhidin qanı,
Torpaq oğulların unutmayacaq.
Başını uca tut şəhid qadını,
Könlünü qəm- qüssə ovutmayacaq.

Qardaş, ata oldu neçə oğula,
Kimsə yaralandı yandı ürəyi.
Kimsə şəhid oldu qolları üstdə,
Qisasçün pələngə döndü ürəyi.

Sərhəd tək oğullar heç unudulmaz,
Onlar el- obanın məhək daşıdır.
Oğullar torpaqda Vətən olurlar,
Ruhumuzu Vətən eşqi yaşadır.

Düşmənlərə meydan oxuyan igid,
Hər an könüllərdə qalacaq adın.
Sevgini, Vətəni sevən qəhrəman,
Gəncliyə örnəkdir sənin həyatın.

Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO

ARZU YAQUB QIZI

Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO
Ölümsüz qəhrəman,ölümsüz sevgi.. - FOTO

Son xəbərlər

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031