“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə bu gün keçirilən yoxlama matçından sonra fikirlərini bölüşüb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Maraqlı oyun alındı. Xüsusən də, birinci hissədə rəqib çox yaxşı təşkilatlanmış şəkildə görünürdü. İkinci hissə bir qədər fərqli oldu. Erkən qollar vurduq, oyun bizim üçün asanlaşdı. Bəzi səhvlərimiz oldu ki, bu da gözlənilən idi. Çünki futbolçuların hazırlıq durumu hələ qaydasında deyil. Belə məqamda onlardan yüksək dinamikli oyun tələb etmək də düzgün olmazdı. Komandanın fiziki durumu hələ tam istədiyimiz səviyyədə deyil.Ümumən oyunçuları daha yaxşı gördüm. Lakin səhvlərimiz var idi. Bəzi qəbulolunmaz səhvlər oldu. Onları burada görməyimiz daha yaxşıdır. İnşallah, Avstriya toplanışında çatışmazlıqlara daha çox diqqət ayıracağıq”.

Baş məşqçi transfer çalışmalarının davam etdiyini bildirib: “Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Ola bilər, qarşıdakı günlərdə, ola bilər 10 gündən sonra, yaxud bir aydan sonra reallaşsın. Bu, elə bir prosesdir ki, dərhal həll olunmur. Çalışırıq ki, bir yox, bir neçə transfer reallaşdıraq”.

Q.Qurbanov mətbuatda “Qarabağ”la müqaviləsinin bu gün başa çatmasının göstərilməsi ilə bağlı isə deyib: “Hələ müqaviləm var. Səhv eləmirəmsə, 2027-ci ilə kimidir”.

Q.Qurbanov Çempionlar Liqasındakı potensial rəqiblərin oyununa köməkçilərindən kimisə göndərmək fikrində olmadığını da qeyd edib.

“Qarabağ”ın çalışdırıcısı “Zaqreb “Dinamo”sunun müdafiəçisi Sami Mmaenin adı transfer siyahınızda var?” sualını belə cavablandırıb: “Ola bilər siyahıda olsun”.

Son xəbərlər

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar

Makron Suriyada olarkən partlayışlar törədənlər saxlanıldı

AŞIQ ALIDAN QALAN SƏRVƏT

Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov

Samuxdakı qəzada həlak olanların - Fotoları

Dilində sərvət daşıyır - Foto

İNSAN GÜNDÜZ DÜNYANI, GECƏ İSƏ ÖZÜNÜ TANIYIR - FOTO

ƏDALƏT QARABULUD YARADICILIĞINA "QARIŞIQ" BAXIŞ - FOTO

Daşdəmir ƏJDƏROĞLU : Səssiz fəryad - FOTO

“Günay” Uşaq Teatrı 23-cü mövsümünü uğurla başa vurdu - FOTOLAR

Yaxşılara minnətdaram...

Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyuldu

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

Əsl yay havası başlayır: Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Xameneinin cənazəsi Məşhədə aparıldı

Bonni Tayler vəfat etdi

Qəzəlsayağı şeir - FOTO

TUBU İMANOVA : ANANIN YAŞI OLMUR - FOTO

“Işıl”ın ölüm səbəbi açıqlandı

Şahzadədən boşanıb tiktokerlə evləndi - Fotolar

Yeni layihəsi bəlli oldu

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Sabah 37 dərəcə isti olacaq

HƏSƏNXAN ƏSƏD : Sənətin məğrur qadını - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031