YAZMAĞA VARIMDIR QƏLƏM,
VARAĞIM,
TUTARLI YAZMAĞA SÖZ
AXTARIRAM.
Bəli,şair Bayram Mürüdoğlu mükəmməl və gözəl yaradıcılığı ilə belə tutarlı söz axtarışındadır...

Hər yaşın öz gözəlliyi, hər gözəlliyində insan ruhuna öz təsiri forması var. Bu deyimin doğruluğunu şair dostlarımın yaradıcılığını izlədikcə dəfələrlə yaşamış biri kimi deyə bilərəm ki, bu sınanılmış bir həqiqətdir. Düzdü, bu yanaşmada bir həqiqətdə var, həmin gözəlliyin insan qəlbinə necə təsir etməsidir. Kiminə ötəri hiss kimi, kimi, ürəyinə salıb o barədə çox düşündüyündənmi, bunun da təsir dairəsində müxtəliflik yaranır. Bəlkə də, kənardan insan, bunu yaxşı görür, hiss edir, deyə bilmərəm, amma qarşıdakı adamın keçirdiyi hiss onun ətrafına, dostuna, tanışına, əgər insan öz hissin yazıb oxucusuna çatdırırsa, onu oxuyana da təsirsiz ötüşmür.
Dahi Alman bəstəkarı Georq Vilhelm Fridrix Hegel deyir ki, - "İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz".
Deməli hər bir insan istər yaradıcı olsun, istər oxucu, bu barədə fikirləşdiyindən öz içində yaşananları aşkar edir.
Həqiqətən hələ qəzetdə işlədiyim dövürdə, lap elə burada, fb - da görünəndən bəri dostların yaradıcılığın izlədikdən sonra, təsirə düşüb fikirləşdiyim halları öz iç dünyamda aşkar edirəm. Məsələn, ahıl yaşına çatmış biri ömürün vəfasızlığından, dünyanın faniliyindən, yaşlaşdıqca saçına düşən dəndən gileyli formada yazıb həyatın dəyərini öz baxışında qiymətləndirir. Hamı,bəlkədə bir çoxu bu həqiqətin təsirindən təəssüflənirdə. Amma, elə axtardığımız gözəllik bunun içindədir, deyib düşünmürük.


Şair dostlarımdan birinin bir neçə həftə, ay bundan öncə bir şeiri ruhumu oxşadı deyə, götürüb öz səhifəmə qoydum ki, imkan tapıb, öz yanaşmamı, düşüncəmi bu barədə yazaram. Doğrusu bir neçə gün yadıma düşəndə yazmaq qərarına düşdüm. İmkan olmadığından, yazıb yarımçıq saxlamamaq üçün niyətimi gerçəkləşdirməyə tələsmədim. Bir neçə gün, həftə keçmişdi ki, yenidən həmin şeir qarşıma çıxdı. Bu dəfə digər işlərimi sonraya saxlamaqla, düşüncələrimi dəyərli oxucuların ixtiyarına verməyi özümə borc bildim.
Bu gün, düşüncəmi bir neçə gün əvvəldən sehrinə salan, dəyərli şairlərimizdən biri, Bayram Bayramov, yəni Bayram Mürüdoğlunun "SÖZ AXTARIRAM" - şeirinin mənə yaşatdıqlarıdır.
Doğrudur, bilirəm ki, həyatının hər dövrünü yaşına uyğun yaşadıqca, yaxşı şeirlər yazmaq mümkündür. Bu yanaşmamın doğruluğunu Alman bəstəkarının dediyi yuxarıdakı fikirləri də təsdiq edir. Düzdü, bundan sonra şairin səhifəsinə keçib onun səhifəsində yerləşdirdiyi şeirlərin bir çoxunu oxuyub, bu qənaətə gəldim. Bayram Bayramov, daxili dünyası zəngin, qənaətləri möhkəmlənmiş dəyərli bir şairdir. Çox gözəl yaradıcılıq üslubu var. Dil sadəliyi, söz seçimi, fikiri öz rəngində çatdırması, oxucusunu düşündürəcək yaradıcılıq nümunəsi ortaya qoya bilən şairdir.

Şair Bayram Mürüdoğlu yaradıcılığına diqqətimi cəlb edən, yuxarıdakı fikirləri qəlbimdən seçərək ipə-sapa düzən "SÖZ AXTARIRAM" şeirindən başlayaq.
Şair çox gözəl, hamının ürəyindən xəbər verən, bəzəndə dilinə gətirdiyi misra ilə yazır. Həyatda bu qədər itirdiklərimdən sonra, mən hələ dərə, təpə düşüb "DÜZ" axtarıram. Məzarlıq cavanlara doludu, mən isə haray-həşirlə "YÜZ" - ün hayındayam. Ömür Allahın qismətdir. Ancaq bunu bir insani düşüncəsinin dərindən ortalığa çıxarıb.
Çoxalıb həyatda itirdiklərim,
Düşüb dərə, təpə, düz axtarıram.
Məzarlıq doludur cavanlar ilə,
Mən də hay-həşirlə yüz axtarıram.

Zamənənin eybəcərləşməsini, dəyərlərin sayılmadığı bir məqamda mən də durub, - "Ütancaq, həyalı üz axtarıram". - deyir şairimiz, özüdə necə?
Harama qatırlar halal çörəyi,
Qapıdan qovurlar düzü,gerçəyi.
Saymırlar Ağsaqqal, nə Ağbirçəyi,
Ütancaq, həyalı üz axtarıram.

Şair hər bir insanın ömür karvanının "kəndir"in çəkib arxasıyla aparan "zaman karvan başından" giley edib, bu sirrin gözlərdə dondurduğu yaşın izlərindən söz açıb, deyir.
Çəkib aparıbdır zaman illəri,
Saxlayıb özündə neçə sirləri.
Gözlərdə donubdur yaşın izləri,
Əyrini düz görən göz axtarıram.

Bu gileyi içində keçib gedən dəyər sahibi arif, özlərin mərifət sahibləri sanan insanların azaldığından, bu üzdən sönmüş ürəklərdə yenidən köz axtarmasını çox gözəl, özünəməxsus poetik dillə çatdırır.
Hanı o ariflər işarə qanan?
Özlərin mərifət sahibi sanan.
Sönübdü ürəklər,yox daha yanan,
Sönmüş ocaqlarda köz axtarıram.

Şair şeirinin möhürbənddə çox şüküranlıqla onu var edən İlahisinə üz tutub,
Bayramam hələlik yanır çırağım,
Sevgiylə açılır hər gün sabahım.
Yazmağa varımdır qələm,varağım,
Tutarlı yazmağa söz axtarıram.

Tutarlı yazmağa söz axtaran şair Bayram Mürüdoğlunun bu şeirindən sonra səhifəsinə keçib yaradıcılığı ilə tanış olduqca, yuxarıda söylədiyim, fikirə yenidən dönüb, bir daha deyirəm. Şair Bayram Mürüdoğlu (Bayramov) daxili dünyası zəngin, qənaətləri möhkəmlənmiş dəyərli bir şairdir. Onun söz dünyasında sözün ahəngi, rəngi yerbəyerində işləndiyindən qəlbə yatımlı şeirləri var. Öz dəsti-xətti, öz yaradıcılıq üslubu olan şairimiz Bayram müəllimə bu yazı ilə mən də, uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər diləməklə bərabər ona yaradıcılıq uğurları arzulayıram.
Sevgi və səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31