İLAHİ  HİSSİN  DƏRGAHI - RUH... - FOTOLAR

Ruh - dini baxımdan, deyilənlərə görə, insan varlığının əsasını təşkil edir. Yəqin buna görədir ki Allah, var etdiyi hər bir bəndəsinə ruh verib.
Düzdü, elmi cəhətdən bu çox mübahisəli bir məsələdir. Amma, bütün mübahisəli elmi araşdırılmalara rəğmən, ruh, insan varlığının təsdiqidir...
Elə buna görədə Tanrı istəyi ilə var olan hər bir insanın dərki və qabiliyyəti eyni deyil. İnsanlar müxtəlif olduğu kimi ruhları da müxtəlifdir.
Ruh - yaradıcılıq baxımdan, insan təsəvvürünün və dərkinin qabiliyyət ölçüsüdür.

Ruhu gözəl olan insanın təsəvvürünə uyğun dərkinin izahıda gözəl olur...
Fb - müşahidələrimə görə, geniş auditoriyaya malik, yaşadığımız cəmiyyətin əksi, yəni onu obrazlı şəkildə göstərə bilən güzgüdür. Fb-yə gələndən üzübəri dostluğumda olan, izlədiyim ruhu gözəl bir çox tanışlar var ki, onlar haqqında düşüncələrim həmişə yüksək olub. Onların arasında olan, şair, yazıçı, bəstəkar və digər peşə, sənət adamlarının ruh gözəlliyindən çox vaxtda məmnun qalmışam.
Məsələn : Heç bir peşə daşıyıcısı olmayan birinin ruh gözəlliyini, onun gözəl təbiət lövhələrinin paylaşması ilə tanımışam. Digərini, klassiklərimizdən üzü bəri gözəl yaradıcı insanlarmızın sənət nümunələrindən seçmələr paylaşması ilə onları özüm üçün kəşf etmişəm. Yəni mən, özlüyümdə belə düşünmüşəm ki, insanlar öz iç dünyasının ruhuna uyğun özünü büruzə verə bilir...
Yuxarıda qeyd etdiyim kimi, cəmiyyətin aynası olan Fb-də bir çox yaradıcı, şair, yazıçı, bəstəkar tanımışam ki, onlar, mənimçün, ruhuma uyğun əvəzolunmaz insanlardı. Belə düşünmüşəm ki, mən onları izlədikcə, yaradıcılıq nümunələrini oxuduqca, öz ruhumu da zənginləşdirirəm. Bu həqiqətən də belədi...
Haqqında söz açmaq istədiyim insanın yaradıcılığından söhbətə başlamamışdan əvvəl onu deyim ki, uzun müddətdir, lap burada olduğum ilk gündən, bu kimi ruh adamlarından yazmaq marağındayam. Sadəcə, bir sıra həlli vacib olan şəxsi məsələlərimlə bağlı, ruhumdan gələn bu xoş niyətin reallaşmasına çox gec başladım. İnşəallah inanıram ki, nəzərdə tutduğum, gözəl yaradıcı dostlarımın ruh duyğularına toxunub, öz düşüncə süzgəcimdən ruhuma uyğun keçirəcəm...
Çoxdan dostluğumda olan, şəxsi səhifəsində paylaşdığı şeirləri ilə diqqətimi cəlb edən, səmimi rəğbəətimi qazanan şair dostum Əflatun Hüseynoğlu yaradıcılığı haqqında danışmağı özümə borc bildim. Onun gözəl bir şair kimi, öz ruh duyğusuna höpan və öz dərkinə uyğun ruh süzgəcindən süzüb, poetik dildə şeir formasına saldığı təsviri bir oxucusu kimi məni həmişə özünə cəlb edib...
Dünya ədəbiyyatında klassikləridən üzübəri bütün şairlər, dünya mövzusuna yetərincə müraciət edib. Həmişə də, dünya mövzusunda şeirlər çox qəlb oxşayan olub. Sevilərək oxunub. Müasir ədəbiyyatımızda da dünya mövzusuna dair bir-birindən maraqlı və oxunaqlı şeir nümunələri yazılıb və yazılır. Yenə də, hər birində özünəməxsus çalarlar, ruhu oxşayan sözlər və misralar, oxucunun baxışını, müəllifin baxışı üzərinə çəkib gətirir. Burada, dünya haqqında yazılan hər hansı şeirə, şairin dünyaya baxış prizmasından baxsaqda, ruh təsvirinin eynisini görürük. Buradan da belə anlaşılır ki, şair, öz ruhunun görüb və duyduqlarını ilahi istedadının gözü ilə sözlə tablosunu yaradıb, oxucusunun qəlbini o tablosu ilə ovsunlayır...
Fb-də sevərək izləyib və oxuduğum şairlərdən biri də Əflatun Hüseynoğludu. Əflatun müəllimin dünya haqqında bir neçə şeirini oxumuşam. Hamsının süjet xətti başqa - başqa olsada, məna etibarı ilə bu gün, dünya saydığımız həyatımızda başverən eybəcərlikləri yaradan insanlara poetik dillə nəsihətidir. Şairin, "DÜNYADA" şeiri məhz bu qəbildəndi. O, bəzi insanların, İlahidən qismətinə düşəcək paya qane olmayıb, başqasının qismətinə yazılmış paya göz tikənlərin aqibətini çox sadə, səlis, öz ruhuna uyğun poetik dillə çatdırır.
Hər kəsin önündə bir qisməti var,
Hərə öz payını alar dünyada.
Özgə ruzisinə göz tikənlərin,
Arzusu gözündə qalar dünyada.

Şair insan xislətinə xas xarakterin eybəcərliyini göstərməklə deyir,
Başını dik tutub göylə gəzəni,
Pozmağa çalışan qurğu-düzəni,
Dəymişi qoyuban kalı üzəni,
Rəbbim nəzərindən salar dünyada.

Bəli, Rəbbim nəzərindən bir insanı saldısa, onun, Tanrı qismətində düzəni pozuldusa, xeyri yoxdu deməklə, izah edir.
Yersiz söz danışıb, yersiz güləni,
Özünü hamıdan artıq biləni,
Gün olar görərsən eldə diləni,
Xəzan vurmuş gül tək solar dünyada.

Şair, o qədər gözəl və orjinal verir ki, bu pis xilsəti, onun acı nəticəsini də göstərir.
Bir əlində iki qarpız tutanı,
Özündən fağırı kənar atanı,
Özgə kölgəsində şirin yatanı,
Tarix yaddaşından silər dünyada.

Hər şeyi görüb və bilən Yaradanın səbri çox boyükdü. O, hər şeyi öz vaxtında yerinə qoyandı. Buda, nəticə çıxartmaq üçün bir zamandı. Onu kim ötürürsə, amanı dünyadan dinləməkdən keçir. Şair, dediyi kimi,
Əflatun, sözünü nə gizlə, nə dan,
Hər şeyin özünü görür Yaradan.
Bir zaman "mənəmlik" eyləyən nadan,
Vaxt olar amanı dilər dünyada.

Əflatun Hüseynoğlunun yaradıcılığı onu göstərir ki, o, çağdaş ədəbiyyatımızda öz dəsti-xətti olan şairlərimizdən biridir. Onun, istənilən yaradıcılıq nümunəsi özünəməxsus poetik rəngdə oxucusunun ruhunu oxşayır. Şairin "ARZULAR" şeiri, dediklərimə əyani misaldır. O, bir insanın xəyal edib, qurduğu arzular içində nə qədər xoşbəxt göründüyünü, misraya belə çevirir.
Şirin nəğmə kimi, xoş avaz kimi,
İnsanı qoynuna alar arzular.
Bitib-tükənməyən var-dövlət kimi,
Gündə min həvəsə salar arzular.

Gör nə qədər isti, duyğusal, sevgi çalarlı, reallaşması dilənilən bir istək, bir xəyal...
Coşğun çaylar kimi çağlayıb daşar,
Tanımaz bir sınır, bənd-bərə aşar.
Hərdən xəyal olar, hərdən də coşar,
Könlümün rübabın çalar arzular.

Şair, insan duyğusunun nə qədər həssas, ümüdlərlə yaşadığını göstərməklə, bədii təsvirləri ilə belə çatdırlr,
Qaynar bulaq kimi axar hər yana,
Əziz nemət kimi yayılar cana.
Həvəsi, nəşəsi yetişməz sona,
Həmişə sevinclə dolar arzular.

Hər bir insan xəyalının yaratdığı yaşam gözəlliyinin biri də odur ki, insan ümüdsiz olanda onun qurduğu xəyallar onu arzularına dartır, yaşamağa böyük ümid verir. Bu, insan qəlbində doğan arzulardı.
Əlçatmaz göylərə uçar bir anda,
Dolanar dünyanı, gəzər hər yanda.
Həyatda ümidsiz olan zamanda,
Əflatuna həmdəm olar arzular.

Bəli, şair Əflatun Hüseynoğlu yaradıcılığında janır müxtəlifliyi, fikir orijinallığı o qədər gözəl verilir ki, hamısında da, Tanrı istedadının ruh gözəlliyi özünü göstərir. Onun, "ALLAH ADAMI" ünvanlı yazdığı təcnisində söz, qafiyə, bənd elə bil şairin sehrli çubuğu ilə düzülüb sıralanır.
Birinci yarım bənddə Allah adamının necə olması, Allah adamı, - deyilib xitab edilsədə, ikinci yarımbənddə haqq yolun azan adamın Allah qəzəbinə düçar olub, Allahın o adamı günahından yandıracağını xatırladaraq,- Allah adamı,-deyir.
Haqqın ətəyindən tutar həmişə,
Haqq yola səsləyər Allah adamı.
Şeytanın yoluna düşən düzəlməz,
Günahda yandırar Allah adamı.

İkinci bənddə isə, bütün eybəcərlikləri görən birinin, sonda - İndi şəkk edirsən Allahadamı? - deyə sorur.
Al diliylə çox axtardın tər sinə,
Gördüyün işlərin düzü, tərsi nə?
Danışdın, söylədin sözü tərsinə,
İndi şəkk edirsən Allahadamı?

Sayca üçüncü bənddə isə şair, Allaha üz tutub diləyib, yaxşı əməl sahibinin mükafatını verir Allah. Odur ki, şair bu bənddə insana xatırladır, -
Rəhmətə qovuşdur Allah, adamı.
Əflatun, sözünü söylə bir kəsə,
Yaxşılar istəyər şəri bir kəsə.
Bəd dua etmərəm heç vaxt bir kəsə,
Rəhmətə qovuşdur Allah, adamı.

Şairimiz Əflatun Hüseynoğlunun yaradıcılığı haqqında düşüncələrimi yazanda unudulmaz Akademikimiz Məmməd Arifin, boyük şairimiz Mikayıl Müşfiq yaradıcılığı haqqında dediyi bir ibratamiz misal yadıma düşdü.
- "Vəznlər, misralar, qafiyələr, rədiflər onun əlində çox itaətkar və sözəbaxan idi. Müşfiq mahir bir sehrbaz kimi onları istədiyi şəklə sala bilir, istədiyi kimi onlardan istifadə edirdi…"
Mən bununla heç də müqaisə etmək istəyində deyiləm. Sadəcə Əflatun Hüseynoğlunun da yaradıcılığında bu məqamı görüb, böyük akademik izin dediyi fikiri xatırladım. Doğurdan da, Əflatun Hüseynoğlunun əlində bənd, qafiyə bir şair kimi onun sehirli qələminin gücü ilə, ruhu istədiyi kimi sıralanır.
Şairin istənilən qoşma, gəraylı, təcnis, cığalı təcnisində bu sehirli görünür. Elə buna görə də, dəyərli şairimiz Əflatun Hüseynoğlunun yaradıcılığına bu kiçicik yanaşmamız burada tamamlayıb, bir şeirini olduğu kimi dəyərli oxucuların ixtiyarına verirəm. Şairin arzuladığı DÜNYADA görmədiklərinə etiraz edərək GEDƏSƏN şeiri ilə fikrimi yekunlaşdırmaq istəyirəm. İlahi hissin dərgahına gələn bədii təsviri ruhundan süzülüb gələn gözəlliyin yaradıcısıdır şair Əflatun Hüseynoğlu...
Bu dünyanın ARXASINA TƏPİYİ
Bir tutarlı VURUB, qaçıb GEDƏSƏN.
OĞRU, QULDUR YUVASIDIR sinəsi,
İÇ ÜZÜNÜ belə AÇIB gedəsən.

FÜRSƏT TAPAN salır qardaşı dərdə,
Qalmayıb MƏRHƏMƏT, İNSAF bu yerdə.
Desələr ki ƏDALƏT var GÖYLƏRDƏ,
QANAD alıb quşdan, UÇUB GEDƏSƏN.

DƏLİYDİMMİ, çox alışdım ODUNA,
HÜSEYNOĞLU salmaz bir də YADINA.
DÜNYA ADLI bu eranın adına
Çox YOĞUN bir CIZIQ ÇƏKİB gedəsən.


Dəyərli şair qardaşım Əflatun Hüseynoğluna, uca Tanrıdan sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları arzulayıram...
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
İLAHİ  HİSSİN  DƏRGAHI - RUH... - FOTOLAR
İLAHİ  HİSSİN  DƏRGAHI - RUH... - FOTOLAR
İLAHİ  HİSSİN  DƏRGAHI - RUH... - FOTOLAR
İLAHİ  HİSSİN  DƏRGAHI - RUH... - FOTOLAR

Son xəbərlər

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Şəkidə eyni məktəbin iki şagirdi müksimum bal topladı

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031