BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Bu gün Avropada intibah dövrü incəsənətinin dahi nümayəndələrindən biri – rəssam, şair, ixtiraçı və mühəndis Leonardo de Vinçinin xatirə günüdür. O, 1519-cu ilin bu günündə vəfat edib.

Bəs, 2 mayda dünya tarixində daha hansı hadisələr baş verib?

1. 2 may 1808-ci ildə İspanyanın paytaxtı Madriddə məşhur "Dos de Mayo" qiyamı başladı. Madridin Fransa qoşunları tərəfindən işğalı və Napoleonun qardaşını İspaniya kralı elan etməsinə reaksiya göstərən yerli xalqın mücadiləsi zamanı yüzlərlə adam həlak oldu.

2. 1885-ci ilin 2 may tarixində Kastamonu Əbdürrəhman Paşa liseyinin təməli atıldı. Bu məktəb Türkiyədə açılan ilk rəsmi lisey sayılır.

3. 2 may 1892-ci ildə Rusiya İmperiyasında, Kiyevdə ilk dəfə elektrikli tramvay işə düşüb. Bu tramvay hərbi mühəndis, sahibkar Amand Struve tərəfindən yaradılıb.

4. 1919-cu ilin bu günündə ABŞ-da ilk sərnişin hava xətti açılıb. “Mercury Air Service” aviaşirkəti “Junkers-Larsen JL-6” təyyarəsi ilə Los-Ancelesdən San-Dieqoya və Santa-Katalina adasına uçuşlar həyata keçirib.

5. 1926-cı ilin 2 mayında Atlantik okeanının iki sahili arasında ilk faks mesajı göndərilib.

6. 1982-ci ildə Folklend adası uğrunda müharibənin gedişatında Britaniyaya məxsus “Konkverer” sualtı qayığı Argentinanın hərbi dəniz qüvvələrinin iftixarı sayılan “General Belqrano” kreyserini batırdı. Üç torpedo atəşindən 36 saat sonra gəmi Cənubi Atlantikanın sularına qərq olub.

7. 2 may 2011-ci ildə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Pakistanın Abbottabad şəhərində açdığı atəş nəticəsində Usame bin Laden öldürülüb.

2 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. “Fizikada eksperiment dahisi” adlanan amerikalı alim Robert Vud 1868-ci ilin bu günü Konkord şəhərində dünyaya gəlib.

2. Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə 1908-ci ilin 2 mayında dünyaya gəlib.

3. Azərbaycanın teatr və kino aktyoru, Əməkdar artist Məmməd Sadıqov 2 may 1913-cü ildə dünyaya göz açıb.

4. Azərbaycan teatr və kino aktrisası, Əməkdar artist Ətayə Əliyeva 1920-ci ilin bu günündə anadan olub.

5. Azərbaycan Xarici İşlər nazirinin müavini, diplomat, “ADA Universitetinin rektoru. Hafiz Paşayev 2 may 1941-ci ildə dünyaya gəlib.

6. Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov 1977-ci ilin bu günündə anadan olub.

7. Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti, Dövlət mükafatları laureatı, professor Nazim Rzayev 2006-cı ildə vəfat edib.

8. Azərbaycanlı heykəltaraş, Xalq rəssamı, Əməkdar incəsənət xadimi Tokay Məmmədov 2 may 2018-ci ildə 91 yaşında dünyasını dəyişib.(Bizim.Media)

Son xəbərlər

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930