Turaztv.az » Xəbərlər » Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib
Xəbərlər

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

02.05.2026, 00:14 98
ABŞ Prezidenti Donald Tramp Konqresə göndərdiyi məktubda İrana qarşı hərbi əməliyyatların başa çatdığını bəyan edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatın müvəqqəti prezidenti Çak Qrasliyə ünvanladığı məktubda yazıb: “28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı”.

Eyni zamanda, Tramp qeyd edib ki, ABŞ hərbi əməliyyatının uğuruna baxmayaraq, İran hələ də ölkə üçün ciddi təhlükə olaraq qalır.

Oxşar xəbərlər