Nizami Kino Mərkəzində polis polkovnik-leytenantı Varis Məcidova həsr olunan “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimat mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, nümayişdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev filmin əhəmiyyətindən söhbət açıb. “Sənədli filmlər tarixi yaddaşın formalaşmasına mühüm təsir göstərir. Tarixi qəhrəmanlar haqqında sənədli filmlərin çəkilməsi xüsusi önəm daşıyır. “Qəhrəmanlıq Varislikdir” filmi də bu baxımdan yüksək səviyyədə hazırlanıb”,- deyə C.Quliyev əlavə edib.

Filmin layihə rəhbəri və ideya müəllifi, Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin direktoru Xuraman Osmanova AZƏRTAC-a açıqlamasında ekran əsəri barədə geniş məlumat verib. O bildirib ki, film Rusiyanın Ulyanovsk şəhərində günahsız yerə həbs olunan 46 azərbaycanlının polis polkovnik-leytenantı Varis Məcidov tərəfindən azad edilməsindən bəhs edir.

Xuraman Osmanova Varis Məcidovun göstərdiyi şücaətin əvəzolunmaz olduğunu vurğulayaraq deyib: “O, ağır və çətin şəraitdə öz ailəsinin taleyini düşünmədən dustaqları azad edib Vətənə qaytardı. Onun bu fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Ekran əsərinə Mədəniyyət Nazirliyi tərəfindən rəsmi lisenziya verilib və bu, filmi dünyanın istənilən yerində nümayiş etdirmək hüququnu təmin edir. Yaxın vaxtlarda “Qəhrəmanlıq Varislikdir” filmi Praqada, ABŞ-da, İngiltərədə və Almaniyada da təqdim olunacaq. Gələcəkdə bu sənədli filmin bədii film versiyasının da çəkilməsi arzumdur”.

Filmin rejissoru Nicat Cəlilov vurğulayıb ki, ekran əsərinin çəkiliş prosesi iki ay davam edib, montaj və digər texniki işlərlə birlikdə dörd aya yaxın vaxt çəkib. “Çəkilişlər əsasən Lənkəran və Göyçayda aparılıb. Filmdə 46 nəfərdən həyatda olan şəxslər də iştirak edərək o dövrlərin yaddaşını bölüşüblər. Təəssüf ki, hadisələrin canlı şahidlərindən biri, gəmi kapitanı Hidayət Orucov filmin çəkilişlərindən bir neçə gün sonra dünyasını dəyişib”,- deyə rejissor əlavə edib.

Hadisələrin canlı şahidi, dəmiryolçu Zeynalabdin Məmmədov yaşanan çətinlikləri belə xatırlayıb: “20 Yanvar hadisələri zamanı Ulyanovskda əsir düşdüyümüz vaxt bizim həyatımız Varis Məcidovun müdaxiləsi ilə dəyişib. Filmdə iştirak etmək mənim üçün çox qürurvericidir”.

Varis Məcidovun həyat yoldaşı Nişanə Məcidova filmdən çox təsirləndiyini dilə gətirib. O, filmin hər kadrında keçmişin izlərini və qürur dolu xatirələri yenidən yaşadığını söyləyib.

Tədbir çərçivəsində 238 nömrəli tam orta məktəbin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub. Eyni zamanda, Milli Qəhrəman Xudayar Yusifzadənin adını daşıyan sinfin şagirdləri müxtəlif rəqs nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.













Son xəbərlər

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Mən səni eradan əvvəl sevmişəm - FOTO

Məşhur aktyor “Yeraltı”dan getdi - FOTO

"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub - FOTOLAR

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930