“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
İyunun 5-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ekran əsəri barədə məlumat verib. O deyib: “Mehmandarovlar nəslinə həsr olunan bu film tarixi-publisistik formada çəkilib. Film özünəməxsusluğu ilə seçilir. Hazırkı vaxtda sənədli film çəkmək çox çətindir. Rejissor burada özünəməxsus tərzdə maraqlı forma tapa bilib. Eyni zamanda, ekran əsərinin simvolik sonluğu var. Əminəm ki, bu film milli kinematoqrafiyada öz layiqli yerini tutacaq”.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Mehmandarovlar soyunun nümayəndəsi Mustafa Mehmandarov təqdimatdan məmnunluğunu bildirərək, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bu gün burada Mehmandarovlar nəslinin nümayəndələri iştirak edirlər. Mən öz ailəm adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. Burada həssas məqamlar var, Mehmandarovların Şuşada olan malikanə kompleksi misilsiz və gözəl şəkildə bərpa edilib. Bu, eyni zamanda, bizim gələcək nəsillərə bir töhfədir”.

Sonra Tarix İnstitutunun direktoru professor Kərim Şükürov, filmin ssenari müəlliflərindən biri, “Mehmandarovlar” kitabının müəllifi, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, filmin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev təqdim olunan ekran əsəri və Mehmandarovlar haqqında danışıblar.

Qeyd edilib ki, filmdə Qarabağ hökmdarı İbrahimxəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir: “Mehmandarovlar XX-XXI əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıblar. Filmdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı, Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və Difai təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır”.

Sonra “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi nümayiş olunub.

Qeyd edək ki, ekran əsərinin çəkilişləri Bakıda və Şuşada aparılıb. Filmin prodüseri Nazim Hüseynov, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərlidir.
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub - FOTOLAR

Son xəbərlər

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Masazırda 4 avtomobil yanıb

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Azərbaycanla münasibətləri korlamağa çalışan media vasitələrinə Türkiyədən sərt cavab

“Doğanın kanunu”ndan sonra bu seriala çəkiləcək

Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb

Güllünü öldürən doğma qızına ömürlük həbs verildi

Bu ölkədə 8 bal gücündə zəlzələ oldu

İranlı rejissor Handeni baş rol seçdi

Ana olacağını konsertində açıqlamışdı - Oğlu oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031