Xəbərlər
27.06.2026, 13:02
Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO
Biz cənnətdə yaşamırıq.Dünya qayğıları , həyatın çətinlikləri ,sevinc və kədəri bölüşmək üçün qadın və kişi ailə qurur.Ailə isə “mən “ deyil “biz“ deməkdir.
Kişi zəhmət çəkir , qazanır gətirir , tikir qurur. Qadın isə o evi ruhla doldurur ,bəzəyir -düzəyir,bişirir- düşürür,övladların və ailə fərdlərinin qayğısına qalır.
Hərəsinin öz yükü , öz məsuliyyəti var və bu yüklər birlikdə daşınanda həyat yüngülləşir .
Amma ailəni təşkil edən tərəflərdən biri öz yükünü daşımayanda və ya öz məsuliyyətinin fərqinə varmayanda o yük istər istəməz digərinin çiyinlərinə düşür.Bu zaman bir insan təkcə öz qayğılarını yox,qarşı tərəfin məsuliyyətsizliyini və bütün ailənin ağırlığını da daşımalı olur.
Belə yük uzun müddət daşınmır.Nəticədə ya ailə dağılır , ya da o yükü çəkən insan nəfəs alsa da , daxilən çökür , mənən yorulur.Çünki insanı tükəndirən təkcə həyatın çətinliyi deyil ,insanların məsuliyyətsizliyidir.
Ailə yükü bir nəfərin çiyninə qoyulanda həyat əzaba çevrilir, yük birlikdə daşınanda isə həyat gözəlləşir.
Bəli , ailə müştərək həyatdır .O sevgi ilə qurulur,məsuliyyəti bölüşmək isə ailəni yaşadır.
Ailənin qısa təsviri budur…

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay