Xəbərlər
26.06.2026, 23:14
"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə sürətlə yayılan yeni trend valideynlər arasında narahatlıq yaradıb. Məlumata görə, yeniyetmələr məşhur "skvişi" (yumşaq antistres) oyuncaqlarını mikrodalğalı sobada qızdıraraq onların partlamasını lentə alırlar. Bu təhlükəli əyləncə nəticəsində artıq bir neçə uşaq ciddi yanıq xəsarətləri alıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, orijinal skvişi oyuncaqlarının populyarlığından sonra bazarda çoxlu sayda ucuz analoqlar satışa çıxarılıb.
Zərərçəkənlərdən biri məktəbli Vayolet Zerbst olub. O, oyuncağı cəmi 30 saniyə mikrodalğalı sobada qızdırdıqdan sonra əlinə alaraq sıxıb.
Qızın sözlərinə görə, oyuncağı bir neçə saniyə sıxdıqdan sonra onun içindəki qızmış gel qəfil partlayaraq birbaşa üzünə sıçrayıb.
Hadisədən sonra Vayolet ciddi yanıqla xəstəxanaya yerləşdirilib.
Daha bir uşaq ağır yanıq xəsarəti aldı
Oxşar hadisə İngiltərənin Bristol şəhərində yaşayan 10 yaşlı Bellanın da başına gəlib. O, rəfiqəsi ilə birlikdə skvişi oyuncağını qızdırmaq istəyərkən ağır xəsarət alıb.
Bellanın anasının sözlərinə görə, oyuncağın silikon örtüyü qızmış içliyin nə qədər isti olduğunu hiss etməyə imkan verməyib.
"Rəfiqəsi oyuncağı sıxan kimi o partladı və hər ikisinin üzərinə qaynar gel sıçradı. Qızım ağrıdan dayanmadan ağlayırdı", – deyə ana bildirib.
Mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər ki, naməlum istehsalçılara məxsus və ya keyfiyyəti təsdiqlənməmiş antistres oyuncaqları mikrodalğalı sobaya qoymaq son dərəcə təhlükəlidir. Belə oyuncaqların içərisində olan gel yüksək temperaturun təsiri ilə qızaraq partlaya və ciddi yanıq xəsarətlərinə səbəb ola bilər. Buna görə də uşaqların sosial şəbəkələrdə yayılan təhlükəli çağırışları təkrarlamasına yol verilməməsi tövsiyə olunur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay