Təranə Cəbiyeva,
yazıçı-publisist

Bəzən insan ömrünün müəyyən məqamları təkcə şəxsi sevinc deyil, həm də illərlə görülən əməyin, çəkilən zəhmətin və seçilən həyat yolunun mənəvi dəyərləndirilməsinə çevrilir.

Ömrümün 60 illik yubileyi və “Babadağa baxan ellər–2” kitabımın təqdimatı münasibətilə keçirilən tədbir mənim üçün məhz belə bir əlamətdar gün oldu.Həmin gün eşitdiyim səmimi sözlər, gördüyüm diqqət və ehtiram mənə bir daha göstərdi ki, insanın doğma yurduna, xalqına və milli-mənəvi dəyərlərinə xidmət yolunda gördüyü işlər unudulmur, qiymətləndirilir. Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruzəli Aslanovun çıxışı isə bu mənəvi dəyərin ən təsirli ifadələrindən biri oldu.

Novruzəli Aslanov çıxışında həyat və yaradıcılıq yoluma nəzər salaraq sadəliyimdən, vicdanlı və saf əqidəli olmağımdan, insanlarla münasibətlərimdə səmimiyyətə üstünlük verməyimdən ürəkdolusu danışdı. Bu fikirlər mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. İnsan üçün yazdığı kitabların, gördüyü işlərin və qazandığı uğurların qiymətləndirilməsi nə qədər vacibdirsə, onun mənəvi keyfiyyətlərinin dəyərləndirilməsi də bir o qədər önəmlidir.
Çıxışı zamanı hörmətli millət vəkili təkcə mənim insani keyfiyyətlərimdən deyil, həm də uzun illər ərzində doğma rayonumuzun tarixi, etnoqrafiyası, folkloru və mənəvi irsinin araşdırılması istiqamətində gördüyüm işlərdən ətraflı bəhs etdi. O, xüsusilə vurğuladı ki, insanın öz doğma elinə, obasına, keçmişinə və milli köklərinə bağlılığı onun vətəndaşlıq mövqeyinin ən gözəl göstəricilərindən biridir.

Novruzəli Aslanov qeyd etdi ki, illər boyu topladığım materiallar, apardığım araşdırmalar, mətbuatda dərc etdirdiyim yazılar və nəşr etdirdiyim kitablar rayonumuzun tarixinin, adət-ənənələrinin, folklor nümunələrinin və mənəvi sərvətlərinin qorunub saxlanılmasına xidmət edir. Xüsusilə “Babadağa baxan ellər” və “Babadağa baxan ellər–2” kitablarının gələcək nəsillər üçün dəyərli mənbə olduğunu vurğulaması mənim üçün böyük mənəvi dəyər daşıyırdı.
Onun çıxışında səslənən ən mühüm fikirlərdən biri də doğma vətənə xidmətin yalnız vəzifə ilə deyil, qələmlə, sözlə, araşdırma ilə də mümkün olması barədə idi. Bu münasibət məndə bir daha əminlik yaratdı ki, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində görülən işlər diqqətdən kənarda qalmır və layiqincə qiymətləndirilir.

Bir-neşə kəlmə də millət vəkilimizin fəaliyyəti barədə demək istərdim. Novruzəli Aslanovun fəaliyyətində diqqətimi hər zaman cəlb edən mühüm cəhətlərdən biri onun seçiciləri ilə daimi təmasda olmasıdır. O, millət vəkili mandatını sadəcə bir vəzifə kimi deyil, xalqa xidmət məsuliyyəti kimi qəbul edir. Hər həftənin dördüncü günü rayona gələrək seçicilərlə görüşməsi, onların müraciətlərini dinləməsi və problemlərinin həlli istiqamətində əməli addımlar atması bunun ən bariz nümunəsidir.
Bu görüşlər formal xarakter daşımır. İnsanlar öz problemlərini birbaşa çatdırır, qayğılarını bölüşür, onların həlli üçün aidiyyəti qurumlarla əlaqələr yaradılır və məsələlərin həllinə çalışılır. Məhz buna görə də Novruzəli Aslanov seçicilər arasında böyük hörmət və nüfuz qazanmışdır.
O, insanlara yuxarıdan baxmır, onların arasında olur, sevincini də, qayğısını da bölüşür. Bu xüsusiyyət isə hər bir dövlət adamına nəsib olmur. İnsanların ona olan rəğbətinin əsas səbəbi də məhz budur. O, vətəndaşın səsini eşidən, dərdinə şərik olan və imkan daxilində kömək göstərən bir xalq nümayəndəsidir.

Onun xeyriyyəçilik fəaliyyəti, ehtiyacı olan insanlara göstərdiyi diqqət, mədəniyyətə, təhsilə və ziyalılara verdiyi dəstək cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu fəaliyyətin əsasında humanizm, mərhəmət və vətəndaş məsuliyyəti dayanır.
Bu gün cəmiyyətimizin belə insanlara ehtiyacı var. Xalqın içindən çıxan, xalqın dərdini bilən və xalqın yanında olan insanlar hər zaman hörmətlə qarşılanırlar. Novruzəli Aslanov da məhz belə şəxsiyyətlərdəndir.
Tədbirin ən yaddaqalan məqamlarından biri də hörmətli Novruzəli Aslanov tərəfindən mənə diplom təqdim olunması oldu. Bu diplomu sadəcə bir təltif deyil, uzun illər ərzində doğma yurdumuzun tarixinin, folklorunun, adət-ənənələrinin və milli-mənəvi dəyərlərinin araşdırılması istiqamətində gördüyüm işlərə verilən yüksək mənəvi qiymət kimi qəbul etdim.
Bir müəllif, araşdırmaçı və qələm adamı üçün əməyinin dəyərləndirilməsi böyük xoşbəxtlikdir. Xüsusilə də bu qiymət xalqın etimadını qazanmış bir millət vəkilinin dilindən səslənəndə daha böyük məna kəsb edir. Tədbir zamanı söylənilən səmimi fikirlər, göstərilən diqqət və təqdim olunan diplom mənim üçün ömrümün ən əlamətdar gününün unudulmaz xatirəsinə çevrildi.
Bu münasibətə görə Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruzəli Aslanova dərin minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.
O, sözün həqiqi mənasında xalq adamıdır.

Son xəbərlər

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930