Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib
Mayın 25-də Nizami Kino Mərkəzində Azərbaycanın tanınmış heykəltəraşı, Xalq rəssamı Fuad Əbdürrəhmanova həsr olunan “Monumental həyat" sənədli filminin təqdimatı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatdan əvvəl foyedə heykəltəraşın işlərindən ibarət sərgiyə baxış keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycan incəsənət tarixindən, xüsusilə də heykəltaraşlıq sənətindən söhbət düşəndə ilk növbədə Fuad Əbdürrəhmanovun adı çəkilir. Buna səbəb onun Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltəraş olmasıdır.

Fuad Əbdürrəhmanovun hər zaman gərgin yaradıcılıq axtarışlarında olduğunu bildirən F.Xəlilov diqqətə çatdırıb ki, hazırda Azərbaycanın görkəmli şəxsiyyətlərinin - ədəbiyyat, incəsənət xadimlərinin, sərkərdələrin, qəhrəmanların paytaxtımızı bəzəyən heykəlləri F.Əbdürrəhmanovun yaradıcılığının məhsuludur. Görkəmli tişə ustasının monumental heykəltəraşlıq abidələrinə misal olaraq Nizami Gəncəvinin, Səməd Vurğunun, Sovet İttifaq Qəhrəmanı Mehdi Hüseynzadənin, Düşənbədə Rudəkinin, Buxarada İbn Sinanın ucaldılmış abidələrini göstərmək olar.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun heykəltəraş Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına nəzər salıb.

Vurğulayıb ki, F.Əbdürrəhmənov qısa bir zaman ərzində keçmiş SSRİ məkanında tanınan ən məşhur heykəltəraşlardan birinə çevrilib. Onun sənəti dünya miqyasında tanınıb.

F.Əbdürrəhmanov yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların ciddi və dəqiq işlənilməsini, uğurlu və bitkin kompozisiya biçimini, həndəsi kəsişmələrin estetik tutumunu, plastika dolğunluğunu və surətlərin mənəvi-daxili aləmlərini qabartmaq bacarığını və digər xüsusiyyətləri qeyd etmək olar.

F.Əbdürrəhmanovun yaradıcılığına ümumi nəzər yetirsək, görərik ki, sənətkarın Şərq ədəbiyyatına, Şərq fəlsəfəsinə xüsusi bir sevgisi olmuşdur. Onun daha çox orta əsr Şərq mütəfəkkir şairlərinin və alimlərinin yaddaqalan obrazlarını yaratması da bu fikrimizi təsdiqləyir. F.Əbdürrəhmanov Azərbaycanla yanaşı Orta Asiyada milli heykəltəraşlıq məktəbinin formalaşmasında mühüm xidmətlər göstərib. Bu barədə özbək sənətşünası Abdulla Umarov belə yazıb: “Özbəkistan və Tacikistanın monumental heykəltəraşlığının formalaşmasında Azərbaycan heykəltəraşlarının, xüsusi ilə də F.Əbdürrəhmanovun böyük təsiri olmuşdur”.

Bildirilib ki, F.Əbdürrəhmanov həyatı boyu daim yüksək sənət amallarına sadiq qalaraq, yaratdığı sənət nümunələri ilə Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi kimi öz adını incəsənət tariximizə əbədi həkk edib.

Sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən “Monumental həyat" sənədli film nümayiş olunub.

Film Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə çəkilib. Filmin Azərbaycan çəkilişləri Bakıda, Gəncədə və Şəkidə, daha sonra Sankt-Peterburq, Moskva, Düşənbə və Brüsseldə aparılıb. Filmin çəkilişləri zamanı Azərbaycan Dövlət Arxiv İdarəsinin, Azərbaycan Dövlət Televiziyasının və Dövlət Film Fondunun arxivlərindən istifadə olunub.
Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib

Son xəbərlər

Hər şey dağıla bilir sevgidən başqa... - Fotolar

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - FOTOLAR

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Alıcan İsgəndərli : DANIŞIĞI BİTİRDİ - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)

Maaşı artırıldı, serialdan ayrılığı qısa çəkdi - FOTO

Hicran Fuad Əhmədli : Gecənin Gözləri - FOTO

"Delikanlı"dan sonra bu seriala çəkilir - FOTO

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Zöhrə Qaraqızı : HƏR YAZILAN SEİR OLMAZ - FOTO

MÜZƏFFƏR MİLLİ ORDUMUZ (26 İyun - Silahlı Qüvvələr Günü)

"Gassal"ın aktrisası yeni layihədə - FOTO

Bella və Giginin anası 62 yaşında evlilik təklifi aldı

Selin Dionun vətəni “Avroviziya”da iştirak hüququ qazandı

Məşhur “gəlin-qayınana” yeni layihədə - FOTO

“Sadakatsiz”in aktrisası evləndi - Foto

FHN Aqşin Fatehin restoranını bağladı - Foto

Ruhu daim bizimlədir.

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930