Kiyevdə beynəlxalq kitab festivalında Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının təqdimatı olub“Kyiv Book Art Fest” Beynəlxalq Kitab Festivalında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının ukrain dilinə tərcümə olunmuş kitabının təqdimatı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncamından irəli gələrək Ukraynada “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən "Leyli və Məcnun" kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir.

Kiyevdə beynəlxalq kitab festivalında Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının təqdimatı olub
Ukraynanın əməkdar incəsənət xadimi, tanınmış yazıçı, tərcüməçi Aleksey Kononenko Ukrayna-Azərbaycan ədəbi prosesinin inkişafının əhəmiyyətindən və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin buna verdiyi son dərəcə əhəmiyyətli töhfəsindən danışıb. Onun sözlərinə görə, “Leyli və Məcnun” poemasının ukrain dilində nəşri Nizami Gəncəvi irsinin dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.

Layihənin məsul katibi Marina Qonçaruk isə çıxışında bildirib ki, kitabın nəşri Ukrayna-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına xüsusi önəm verir. Nizami Gəncəvi dünyəvi mütəfəkkir olduğu üçün bu cür layihələrin gerçəkləşdirilməsi olduqca vacibdir.

Tədbirin sonunda iştirakçılara Mərkəzin Ukraynada və digər ölkələrdə işıq üzü görmüş kitablarının nüsxələri təqdim olunub.

Qeyd edək ki, kitabı ukrain dilinə görkəmli Ukrayna şairi və mütərcimi Leonid Pervomayski tərcümə edib. Kitabın redaktoru Qriqori Quseynov, “Ön söz”ün müəllifi isə Aqafangel Krımskidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Son xəbərlər

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31